O AN heç vaxt gəlməyəcək

Haradansa başlamaq lazımdır. Gecikdirmədən, fürsətləri qaçırmadan, nələrisə düzəltmək üçün gec olmadan başlamaq…


16 baxış
23.09.2026
1 dəq oxuma

Elə indi, bu gün başlamasaq, O AN heç vaxt gəlməyəcək. Nəyinsə düzəlməyini, nələrinsə qaydasına düşməyini gözləyirik. Xüsusən də faydalı və xeyirli bir işə başlamazdan öncə beynimizdə xəyali əngəllər yaradırıq.

İdmana başlamaq, dil öyrənmək, düzgün qidalanma vərdişi yaratmaq və s.

Bunlar hələ gözə görünən, gündəlik həyatımızda əskikliyini hiss etdiyimiz çatışmazlıqlardır.

Bir də var vaxtında etməməyimizin nəticəsini illər sonra hiss edəcəyimiz məqamlar. Bu yaxınlarda kitab oxumağa vaxt ayıra bilməyən valideynlərin işini asanlaşdırmaq üçün ailə, uşaq tərbiyəsi mövzusunda seçdiyim 10 kitabın hər biri haqqında 10-15 dəqiqəlik qısa videoicmallar hazırladım. 

Valideyn Kitabxanası adlandırdığım bu layihəyə artıq 30-a yaxın valideyn qoşulub. Nə qədəri videoları izləyib onu dəqiq bilmirəm, amma əminəm ki, bir çox insan hələ də həyatında nəyinsə düzəlməsini gözləmə mərhələsindədir.

İki yol var, ya bu mövzudakı kitabları əldə edib özümüz oxumalıyıq, ya da bu layihəni əldə edərək 10-15 dəqiqə vaxt ayırmaqla kitabların icmal videolarını izləməliyik.

Əsas məsələ, bunu bizim yerimizə heç kimin etməyəcəyinin fərqində olmaqdır. Əlindən vaxt tapa bilmədiyimiz işlər də, insanlar da gəlib keçəcək, amma övladlarımız və ailəmiz üçün ayırdığımız zaman həmişə bizimlə qalacaq. 

Haradansa başlamaq lazımdır. Gecikdirmədən, fürsətləri qaçırmadan, nələrisə düzəltmək üçün gec olmadan başlamaq…

Valideyn Kitabxanasındakı 10 videoicmalı əldə etmək üçün mənə yaz və ilk addımı at.