Social Courage Navigator (SCN),sosial fobiya ilə mübarizə aparan şəxslər üçün xüsusi olaraq hazırlanmış VR platformasıdır. SCN-in məqsədi istifadəçilərə özlərinə inamı bərpa etmək, sosial mühitlərdə daha rahat hiss etmək və gündəlik həyatlarında daha aktiv olmaqda kömək etməkdir.
SCN sosial narahatlığın aradan qaldırılması üçün elmi əsaslı yanaşmalar təklif edir. Hərtərəfli təlim proqramları istifadəçilərə sosial narahatlıqla mübarizə bacarıqlarını təkmilləşdirməyə kömək edir.Bundan əlavə, tərəqqi izləmə funksiyası istifadəçilərə öz tərəqqini izləməyə və nailiyyətlərini görərək motivasyalarını hər daim yüksək tutmağa imkan verir.
SCN hər kəsin özünü təhlükəsiz hiss etdiyi inklüziv virtual mühit təmin edir. Platforma istifadəçilərin fərdi ehtiyaclarına uyğun olaraq fərdi həllər təklif edərək sosial narahatlığın aradan qaldırılması prosesində effektiv və davamlı dəstək verir. Asan çıxışı və istifadəçi dostu interfeysi ilə SCN sosial narahatlığı aradan qaldırmaq istəyən hər kəsə öz qapılarını açır.
İanələriniz SCN-nin daha geniş auditoriyaya çatmasına və daim təkmilləşməsinə imkan verir. Biz birlikdə sosial narahatlıqla mübarizə aparan insanların həyatını dəyişdirə və daha inamlı bir cəmiyyət qura bilərik.