Kofe Al
  • Авторы
  • Блог
  • ЧАВО
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
  • Войти Регистрация
Kofe Al
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce

Делай то, что любишь, получай донаты от своей аудитории!

  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
    • Авторы
    • Блог
    • ЧАВО
Войти Регистрация
Подписывайтесь на нас
Sərxoş
  • Long İsland iced tea kokteyli - tarixi, hekayəsi və hazırlanma qaydası
    Sərxoş
  • 71 Просмотры
  • 21.03.2025
  • 2 мин. чтения

Long İsland iced tea kokteyli - tarixi, hekayəsi və hazırlanma qaydası

Long island ice tea “müasir klassika” qrupunda İBA tərəfindən təsdiqlənmiş klassik kokteyllərdən biridir. Bu kokteylin yaranma tarixi və hekayəsi haqqında bir çox rəvayətlər hökm sürür. Ən çox yayılmışı isə 1920-1933-cü illər arasında Amerikdaki spirtli içki qadağası dövrünə aiddir. Belə ki, insanlar qadağa dönəmində gizlin yığıncaqlarında hərə evdən əlinə keçən alkoqlu – kimsə tekila, kim isə cin, kimsə vodka gətirirmiş və böyük bir qabda limon, şəkər və kola əlavə etməklə punş düzəldirmişlər. Polis də soruşanda ki – “nədi ə bu içirsən?” – “ice tea, rəis, nə içəcəm?”

Salam, Sərxoşa baxırsız 

Bugünki buraxılışımzda sizə Long island ice tea kokteylinin tarixi və hekayəsini danışıb, hazırlanma qaydasını göstərəcəm. İlk buraxılışımızın Long island ice tea olmasının səbəbi bu kokteylin dünyada və ölkəmizdə ən populyar və ən çox satılan kokteyl olmasıdır. Lakin təəssüf ki, bu kokteylin bu qədər populyar olmasının ən başlıca səbəblərindən biri məlumat kirliliyidir. Sirr deyil ki, yurdumun əksər insanı kokteyli zövq almaq üçün deyil, sərxoş olmaq üçün içir. Long island ice tea kokteylinin tərkibində 5 fərqli sərt alkoqollu içkinin olması insanlarda onun ən sərt kokteyl olduğu və sərxoşluğa gedən ən kəsə yol olması kimi yalnış təsəvvür yaradır. Halbuki tərkibindəki digər – limon, şəkər siropu və kola kimi inqridiyentlər onu orta sərtlikdə bir həzin kokteylə çevirir. Long island ice tea “müasir klassika” qrupunda İBA tərəfindən təsdiqlənmiş klassik kokteyllərdən biridir. Bu kokteylin yaranma tarixi və hekayəsi haqqında bir çox rəvayətlər hökm sürür. Ən çox yayılmışı isə 1920-1933-cü illər arasında Amerikdaki spirtli içki qadağası dövrünə aiddir. Belə ki, insanlar qadağa dönəmində gizlin yığıncaqlarında hərə evdən əlinə keçən alkoqlu –  kimsə tekila, kim isə cin, kimsə vodka gətirirmiş və böyük bir qabda limon, şəkər və kola əlavə etməklə punş düzəldirmişlər. Polis də soruşanda ki – “nədi ə bu içirsən?” – “ice tea, rəis, nə içəcəm?”. Keçək koktreylin hazırlanmasına:

Long iceland ice tea build metodu ilə elə servis olunduğu highball qədəhində hazırlanır. İBA-də 5 alkoqolun hər biri 15ml-dən götürülsə də, gəlin bu gün mən sevdiyim kimi 20ml-lik porsiyalardan istifadə edək, bir az sərt olsun. Öncə highball-a 20ml vodka əlavə edirik, 20ml triple sec, 20ml ağ rom, 20ml cin, 20 ml ağ tekila, 30 ml lemon fresh və 20ml şəkər siropu əlavə edirik. Bir az qarşıdırırıq. Buz əlavə edirik və kokteyli kola ilə top edirik. Gentle stir. Qarniş olaraq limon halqalarından istifadə edirik. Truboçkamızı da qoyandan sonra kokteylimiz hazırdır. Dadına baxırıq. Çox uzun müddətdən sonra Long iceland ice tea içirəm – pis deyil. Hətta məncə əladı. 

Çəkilişdə göstərdiyi köməyə görə Salman başda olmaqla MEYVİ | Mixology Speak Easy Boutique bara minnətdarlığımızı bildiririk. Əgər siz də həzin atmosferdə kokteyl, şərab və yeməkdən zövq almaq istəyirsinizsə - Meyvi əla seçimdir. Ağıznan için

Другие посты

Mojito kokteylinin tarixi, hekayəsi və hazırlanma qaydası

Mojito kokteylinin tarixi, hek

  • 26 Просмотры
  • 27.04.2025
  • 3 мин. чтения
Bu buraxılış barmenlərin nifrət etdiyi amma çox populyar, IBA tərəfindən müasir klassika kateqoriyasında rəsmi təsdiqlənmiş Moxito kokteylinin tarixi, ...
Все
Больше
Bİz Deyək Sizə - clarified milk punch / milk wash

Bİz Deyək Sizə - clarified mil

  • 41 Просмотры
  • 18.04.2025
  • 2 мин. чтения
Yəqin ki, sevdiyiniz məkanların kokteyl menyularında tez-tez “clarified milk punch” və ya “milk wash” adlarına rast gəlirsiz. Bəs milk punch və ya mil ...
Все
Больше
kofe.al

Мы создали проект для поддержки талантливых и креативных людей как вы. Присоединяйтесь к нам!

Как это работает?
  • Донаты
  • Подписка
  • Магазин
  • QR-коды
  • Отличие
Интеграции
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • О нас
  • Правила
  • Политика конфиденциальности

Copyright © 2025 проект BONPARA. Все права защищены.