Telefonunuzda dərhal silməli olduğunuz programlar
Salam, hörmətli RootLab.az oxucuları!
Bu gün demək olar ki, hər bir smartfon istifadəçisini düşündürən vacib bir mövzudan danışacağıq.
Telefonlarımız artıq sadəcə zəng etmək üçün istifadə olunan cihaz deyil. Bank hesablarımız, sosial şəbəkələrimiz, şəxsi şəkillərimiz, iş sənədlərimiz və hətta gündəlik yazışmalarımız bu kiçik cihazın içində saxlanılır. Məhz buna görə də telefonumuza quraşdırdığımız hər bir tətbiqə diqqətlə yanaşmaq lazımdır.
Bir çoxumuz yeni tətbiq quraşdırarkən onun hansı icazələri tələb etdiyini oxumuruq. “Quraşdır” düyməsini sıxırıq və bir neçə saniyə sonra istifadəyə başlayırıq. Lakin bəzi tətbiqlər kamera, mikrofon, kontaktlar, məkan məlumatı, fayllar və digər şəxsi məlumatlara giriş əldə edərək arxa planda fəaliyyət göstərə bilər.
52 baxış
04.07.2026
2 dəq oxuma