Kofe Al
  • Авторы
  • Блог
  • ЧАВО
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
  • Войти Регистрация
Kofe Al
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce

Делай то, что любишь, получай донаты от своей аудитории!

  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
    • Авторы
    • Блог
    • ЧАВО
Войти Регистрация
Подписывайтесь на нас
Pünhan Pənahov
  • Könüllü əmək yoxsa muzdlu əmək?
    Pünhan Pənahov
  • 37 Просмотры
  • 30.06.2025
  • 2 мин. чтения

Könüllü əmək yoxsa muzdlu əmək?

Kofe.al platformasında ilk yazımdı. İndiyə qədər sosial şəbəkələrdə nə yazmışamsa, könüldən yazmağa çalışmışam, yəni qarşılığında qarşılıq, muzd gözləməmişəm. Yəqin ki, boş yerə könüllü sözünün kökü könül deyil. Nəyəsə könül verməsən, can yandırmasan, həmin nədəsə necə könüllü ola bilərsən?

Könüllü əmək yoxsa muzdlu əmək?

Kofe.al platformasında ilk yazımdı. İndiyə qədər sosial şəbəkələrdə nə yazmışamsa, könüldən yazmağa çalışmışam, yəni qarşılığında qarşılıq, muzd gözləməmişəm. Yəqin ki, boş yerə könüllü sözünün kökü könül deyil. Nəyəsə könül verməsən, can yandırmasan, həmin nədəsə necə könüllü ola bilərsən? Platformada qeydiyyatdan keçəndə “Sənə nə alınmasın istəyirsən?” sualı var idi, “kofe, çay, qarpız, çörək və s.” seçimlərindən suda dayandım. Niyə? Könüllü əməyim muzdlu əməyə keçirsə, mənə təmizlik üçün ən çox su lazım ola bilərdi. İlk bloq yazısında saytın fərqli funksiyalarını qurcalamayacam, mükəmməl və detallı yazmağa çalışmayacam, çünki, necə deyərlər, siftədi. Necəsə başlamaq məqsəddi. Həm də yaxşı yaza bilmək üçün yaxşı oxuya bilmək lazımdı, fikrimcə. Yaxşı oxucu olduğumu fikirləşmirəm, axrıncı dəfə kitab oxuduğumdan ən azı 1-2 ay keçər. Onda hər könüldən yazılan sözlər çoxlu kitab oxumalarının nəticəsidi? Belə qaydada təsvir etmək olar: Çoxlu nəsə oxumalar könüldən gələn sözlərlə nəticələnməyə də bilər, amma hər könüldən gələn sözlər çoxlu oxumalarla nəticələnir. Şərt o deyil, məsələn 10 000 nəfər fikirlərini 1 dəfə oxusun və ya gözucu elektron cihazda aşağı-yuxarı sürüşdürsün. Ola bilər 10 nəfər sənin yanaşmalarını 1000 dəfə oxuyar. Tarixdə adları qalan n qədər belə yazıçı yaxud qeyri-yazıçı insan misalı gətirmək olar. Amma adlardan istifadə etməyi belə hallarda xoşlamıram, yəni oxuyan qoy özümə görə oxusun, filankəsin adından istifadə etdiyimə görə yox.Bu yazını bu hissə ilə də yekunlaşdırmaq istəyirəm, çünki sözü uzatmaq indiki dövdə məntiqli deyil, çünki internet o qədər maraqlı yerdi, qoy oxuyan biraz mənim yazılarımdan oxusun, biraz başqasının musiqisin dinləsin, biraz başqasının kinosuna baxsın, bir az da özü nəsə məzmun ortaya çıxarmaq haqqında fikirləşsin. Azərbaycan dili, Azərbaycan türkcəsi, hər necə adlandırırsan, adlandıraq, bu dildə keyfiyyətli məzmunun olmamasından şikayətlənməyəcəm, çünki şikayət muzdlu əməkdi, ya da muzdlu əmək olmasa da, könüllü əmək olmadığı dəqiqdi nəzərimdə. Könüllü iş görən adam ortaya şikayət qoymaz, nəsə həll, məhsul-xidmət qoyar, fikrimcə. Qismət olar növbəti mövzularda görüşərik, mövzu istəyəndə gəlmir, istəməyəndə birdən gəlir, nə qədər qəribə səslənsə də.

Другие посты

kofe.al

Мы создали проект для поддержки талантливых и креативных людей как вы. Присоединяйтесь к нам!

Как это работает?
  • Донаты
  • Подписка
  • Магазин
  • QR-коды
  • Отличие
Интеграции
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • О нас
  • Правила
  • Политика конфиденциальности

Copyright © 2025 проект BONPARA. Все права защищены.