Kofe Al
  • Авторы
  • Блог
  • ЧАВО
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
  • Войти Регистрация
Kofe Al
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce

Делай то, что любишь, получай донаты от своей аудитории!

  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
    • Авторы
    • Блог
    • ЧАВО
Войти Регистрация
Подписывайтесь на нас
Oruclus
  • Ruh
    Oruclus
  • 303 Просмотры
  • 21.08.2024
  • 4 мин. чтения

Ruh

Burada hər şey mənimdir. Mən buradakı hər şeyinəm. Mən buralaram. Mənim yerim buralardır. Burada hər şeylə birəm, birgəyəm mən. Burada tamam. Tamamlanmışam.

Ruh

Günün ağarmağına az qalır. Addımlayıram. Addımlarımı bir-birinin önünə qoymaq mənə çətin gəlir. Sanki, ayaqlarım təkcə özümü daşımır. Sanki hər birini böyük daş bağalmışam və özümlə daşıyıram.

Ətrafda nəfəsimdən başqa səs yoxdur. Nəfəsə ehdiyacım var. Havanı içimə çəkirəm, amma lazım olan yerə qədər çatmır.

Ürəyim fəryad edir. Onun belə sürətli döyünməyi ölçünü aşır. Ürəyim sanıram ki, bütün bədənimi döyündürür. Deyəsən, ölümlə birgə addımlayıram.

Sübh soyuğu əllərimi dondurur. Onlarla vidalaşmağım ehtimaldır. Günəş yubansa, daha əllərim olmayacaq.

Bədənim bütün normal fəaliyyəttindən uzaqdadır. O, öz potensialını aşır, amma mən davam edirəm. Mən davam edə bilirəm. Bədənimi görünməyən bir güc irəli, daha doğrusu yuxarı aparır.

Niyə buradayam? Niyə irəli addımlayıram? Geridə isti daldanacağım var. Rahat yatağım var. Ehtiyacımdan çox qidam var. İnsanlar var. Bütün bu sahiblikləri buraxıb niyə gəlmişəm bu heçnəsizliyə? Burada mənim olan heç nə yoxdur. Burada rahat olan heç nə yoxdur. Yarı toxam, yuxusuzam, bədənim yorğundur, üşüyürəm. Mən niyə geri dönmürəm? Hansı hədəf üçün özümü irəli atıram? Hədəfim yoxdur. Hansı amal üçün bədənimə əzab verirəm? Amalım yoxdur.

Bilmirəm.

... Yuxarı addımlayıram. Bildiyim budur, -bədənimin bu qədər əzablı anında mən hüzurlu hiss edirəm.

Günəş yüyürüb özünü mənə çatdıracaq indi. Bilirəm, özündən əvvəl havası gəlir çünki. Budur, bütün yer üzünün ən xoş anı gəlir. Səhərin mehi gəlir. Badi-səba yanaqlarımı sığallayır. Ətrafıma fırlanıb, bədənimə dolanır. Gözlərimi yumuram, içimə çəkirəm onu. Gedib lazım olan yerə çatır.

Günəşə bax! Dağlarının arxasında gör necə od qaladı! Qaranlığın kənarından qırmızılıq doldurur səmaya.

Yoluma davam edirəm.

Zirvə mənə görünür. Mən zirvəni görürəm. Məni buraya gətirən gülür məndə. Gülür və bədənimdən üzr istəyir. Bədənim sakitləşir. Nə üçün burada olduğunu anlayır artıq. Ağrıları dinlənir.

Zirvədə dayanıb ətrafa baxıram. Baxışım sonsuzluğuğa uzanır. Buradan sərhəd görünmür. Buradan hədd görünmür. Buradan insan görünmür. Bax! Aşağıda saf buludlar, onların üzəri ilə sonsuzluğa uzanan səadət üfüqüdür.

Burada hər şey mənimdir. Mən buradakı hər şeyinəm. Mən buralaram. Mənim yerim buralardır. Burada hər şeylə birəm, birgəyəm mən. Burada tamam. Tamamlanmışam.

Məni buraya gətirən məndən çıxıb bir qartala qoşulur. Qartal Ona yoldaş olur. Ona bələdçi olur. Öz diyarını Ona bələd edir. O da buralara yad deyil amma. Uzaqlarda olsa da hər an buraları xəyal edirdi. Qartalla uzaqlardan çox süzüb bu yüksəklərdə. Yüksəklərdən dərinlərə çox baxıb. Ən dərinlərə ancaq ən yüksəklərdən baxmaq olar, bilir O.

Qartalla vidalaşmaq vaxtı gəldi. Bədənimə geri dönmək vaxtı gəldi. Bədənim Onun tək əbədi yoldaşıdır. Yalnız bədənim Onu arzuladığı yerə apara bilər. Yalnızca bədənim ona sadiqdir. Əvvəl-axır Onu arzuladığına aprır bədənim, bilir O. Bədənimin addımladığı bütün yollar Onun yollarıdır. Yalnız, Onun arzuladıqlarına Onu çatdırmaq üçün bütün ağrılara dözür. Təkcə Onun üçün getməyə dəyər yollar.

O da bilir ki, yalnız onunla qoxlaya bilər çiçəkləri, eşidə bilər quşların səsini. Onunla dada bilər ac ikən bir parça çörəyin ləzzətini. Yalnız onunla Günəşin istisini hiss edə bilər. Kədərli gecələrində yalnız onunla seyr edə bilər Ayı.

Bədənimi sevir O. Bədənim də yalnız Onun üçün var.

Другие посты

Həyatın və insanın dəyəri

Həyatın və insanın dəyəri

  • 359 Просмотры
  • 09.07.2024
  • 5 мин. чтения
Niyə doğuluruq, niyə yol gedib, niyə ölürük? Niyə əzab çəkirik, qaçırıq-qovuruq? ...
Все
Больше
"Baxmaq" və "görmək"

"Baxmaq" və "görmək"

  • 483 Просмотры
  • 31.07.2023
  • 3 мин. чтения
Görmədiklərinizi görürəm, çünki, bir şeyə baxanda, təkcə o şeyə baxmıram. Zehnimdə qaldırıb onun altına baxıram. Açıb içərisinə, bölüb parçalarına bax ...
Все
Больше
kofe.al

Мы создали проект для поддержки талантливых и креативных людей как вы. Присоединяйтесь к нам!

Как это работает?
  • Донаты
  • Подписка
  • Магазин
  • QR-коды
  • Отличие
Интеграции
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • О нас
  • Правила
  • Политика конфиденциальности

Copyright © 2025 проект BONPARA. Все права защищены.