Kofe Al
  • Авторы
  • Блог
  • ЧАВО
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
  • Войти Регистрация
Kofe Al
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce

Делай то, что любишь, получай донаты от своей аудитории!

  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
    • Авторы
    • Блог
    • ЧАВО
Войти Регистрация
Подписывайтесь на нас
Orxan
  • Startup üçün ideyanı hardan tapaq?
    Orxan
  • 453 Просмотры
  • 28.12.2023
  • 3 мин. чтения

Startup üçün ideyanı hardan tapaq?

Startup biznes ideyasını hardan tapmaq olar? Bunun üçün mən özümün istifadə etdiyim metodlar haqqında yazmışam.

Startup üçün ideyanı hardan tapaq?

Bu gün hər kəs startup qurmaq istəyir və bu istiqamətdə çoxsaylı tədbirlər, təlimlər, hakatonlar və s. təşkil olunur ki, innovativ ideyaları olan gənclər öz bacarıqlarını ortaya qoya bilsinlər. Bəs startup biznes ideyasını hardan tapmaq olar? Bunun üçün mən özümün istifadə etdiyim metodlar haqqında yazmışam.

1. Üzləşdiyin problemin həllini tap.

Biznes üçün ən effektiv ideya adətən, özünüzün üzləşdiyiniz problem üzrə həllini biznesdir. Məsələn, gündəlik həyatda özünüzün və ya ailə üzvlərinizin üzləşdiyi hər hansı bir problem var. Axtarırsınız, araşdırırsınız, ancaq bu problemin həllinin olmadığını və tam siz istədiyiniz həll olmadığını anlayırsınız. Əgər siz bu problemin həllini tapıb, onu reallaşdıra bilsəniz, üstəlik də bundan pul qazanmaq yolunu da tapsanız, buyurun sizə hazır biznes. Təbii ki, bu növ biznesin uğurlu olması üçün bu tək sizin deyil, eyni zamanda geniş kütlənin də həllini istədiyi bir məsələ olmalıdır ki, onu monetizasiya edə biləsiniz.

2. Mövcud həllər sizi qane etmirsə…

İkinci ola bilər ki, bazarda artıq hansısa həll var, amma siz onun keyfiyyətindən və yaxud qiymət siyasətindən razı deyilsiniz, düşünürsünüz ki, bundan daha yaxşısını etmək olar. Görürsünüz ki, mövcud olan həllər sizin və ətrafdakıların ehtiyacını qarşılamır və siz bunu daha yaxşı metodla həll edə bilərsinizsə, buyurun bu da sizə biznes ideya.

3. Bazardakı boşluqdan yaranan biznes ideya.

Digər metod, sizin onlayn olaraq xaricdə mövcud olan, lakin yaşadığın yerdə heç kəsin xəbəri olmayan bir biznesdir. Məsələn mən bunun üçün Product Hunt kimi platformalardan istifadə edirəm və bəzən həqiqətən də möhtəşəm ideyalar tapmaq olur. Birinci metoddan fərqi isə budur ki, burada sizin əziyyət çəkdiyiniz problem üçün həlldən söhbət getmir, siz sadəcə bazardakı tələbatı görüb, ona uyğun xaricdəki həlli tapıb burada tətbiq edə bilərsiniz.

4. Səyahət edərək biznes ideyalar tapmaq.

Mənə görə biznes ideyasının yaranması üçün ən effektiv hesab etdiyim üsul isə səyahət etməkdir. Səyahət etdikdə xaricdə olan fərqli həlləri görürsən. Bir çox ölkədə tətbiq edilən, bizim ölkədə olmayan həllər və ya xidmətlər var ki, onlarda görüb tətbiq edə bilərsiniz. Bəzən olur ki, hansısa problemi görürsən və onu biznesə çevirmək heç sənin ağlına gəlmir. Xarici ölkədə isə onu görüblər, biznes kimi də həllini ortaya qoyublar. Ona görə də, marağınız olmalıdır, kiçik detallara fikir vermək lazımdır. Təkcə görmək kifayət etmir, həm də ətraflı araşdırmaq lazımdır. Mən təcrübəmdən bilirəm ki, Azərbaycanda oturub xarici şirkətlərin saytlarına baxmaqla, veb üzərindən araşdırmaqla biz onların fəaliyyətlərinin heç 0,5 faizini görmürük, anlamırıq. Amma səyahət zamanı yerində bu xidmətləri görüb, istifadə etdikdə dolğun təəssürat yarana bilər. 

Другие посты

ChatGPT ilə 3D fiqur şəkillərin hazırlanması

ChatGPT ilə 3D fiqur şəkilləri

  • 173 Просмотры
  • 03.04.2025
  • 1 мин. чтения
🤯 30 saniyəyə animasiya fiqurunu necə yaradaq? ...
Все
Больше
$TRUMP Coin: Yeni Rəqəmsal Valyuta

$TRUMP Coin: Yeni Rəqəmsal Val

  • 194 Просмотры
  • 25.01.2025
  • 3 мин. чтения
Son dövrlərdə ABŞ-ın keçmiş prezidenti Donald Trump öz adını daşıyan $TRUMP kriptovalyutasını təqdim edib. Bu yeni rəqəmsal aktiv sürətlə geniş maraq ...
Все
Больше
kofe.al

Мы создали проект для поддержки талантливых и креативных людей как вы. Присоединяйтесь к нам!

Как это работает?
  • Донаты
  • Подписка
  • Магазин
  • QR-коды
  • Отличие
Интеграции
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • О нас
  • Правила
  • Политика конфиденциальности

Copyright © 2025 проект BONPARA. Все права защищены.