Kofe Al
  • Авторы
  • Блог
  • ЧАВО
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
  • Войти Регистрация
Kofe Al
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce

Делай то, что любишь, получай донаты от своей аудитории!

  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
    • Авторы
    • Блог
    • ЧАВО
Войти Регистрация
Подписывайтесь на нас
Nisa Academy Az
  • Əslində heç kəs o qədər də məşğul deyil
    Nisa Academy Az
  • 586 Просмотры
  • 03.09.2023
  • 2 мин. чтения

Əslində heç kəs o qədər də məşğul deyil

Gün ərzində ən çox işlətdiyimiz və eşitdiyimiz ifadələrdən biri də "Vaxtım yoxdur" ifadəsidir. Doğurdan da dediyimiz qədər məşğuluqmu?

Əslində heç kəs o qədər də məşğul deyil

Yəqin ki, hər birimizin ən çox işlətdiyi və tez-tez eşitdiyi ifadələrdən biri budur: "Vaxtım yoxdur." 

Vaxt problemi, onun səbəbləri və həll yolları barədə "Vaxt və Diqqətin İdarəsi" təlimində ətraflı danışdıq. Bu kiçik məqalədə isə bir az fərqli bir nüansa toxunmaq istəyirəm. Vaxtın idarəsi bağlı bir çox kitabların müəllifi olan Laura Vanderkamın fikrincə "vaxtım yoxdur" dediklərimiz, əslində, vaxt ayırmaq istəmədiklərimiz, bir sözlə, öncəliyimiz olmayanlardır. 

❌Məsələn, "Kitab oxumağa vaxtım yoxdur." 

✅Əslində: “Kitab oxumaq istəmirəm, çünki öncəliyim deyil.”

❌"Həkimə getməyə vaxtım yoxdur." 

✅Əslində: "Həkimə getmək istəmirəm. Çünki sağlamlığım öncəliyim deyil. Başqa öncəliklərim var." 

🛠Başqa bir nümunə: Təsəvvür edək ki, evimizdə su boruları xarab olub və ya su borularından biri partlayıb. Dərhal usta çağırar və problemin səbəb olduğu məsələləri aradan qaldırmağa başlayardıq. Evi su basıbsa, bunun qarşısını alar, xalçalar çirklənibsə, onları təmizləməyə başlayardıq. Beləliklə, saatlarla vaxt ayıracağımız bir iş çıxardı qarşımıza. Deyək ki, planımızda olmadan qarşımıza çıxan bu problemin aradan qaldırılmasına 7 saat sərf etdik. Günlərə ayırsaq, hər gün cədvəlimizdə olmayan bir işə 1 saat vaxt ayırmış olardıq.

❓ İndi isə özümüzə: "Hər gün 1 saatımı şəxsi-inkişafa, öyrənmək istədiyim bir xarici dilə, yaxud kitab oxumağa sərf edə bilərəm?"-deyə sual versək, yəqin ki, cavabımız müsbət olmazdı. "Vaxtım yoxdur"- deyə düşünərdik. Halbuki yuxarıdakı nümunədən də göründüyü kimi gözləmədən qarşımıza çıxan işlərə cədvəlimiz nə qədər "dolu" olsa da, əlavədən bir neçə saat ayırmağımız mümkündür.

✅Bu nöqteyi-nəzərdən baxdıqda, gündəlik istifadə etdiyimiz və eşitdiyimiz "vaxtım yoxdur" ifadəsinin çox vaxt "öncəliyim deyil" mənasına gəldiyini deyə bilərik. Əslində, heç kim çox məşğul deyildir, zaman sadəcə bir öncəlik məsələsidir. 

Другие посты

Hər gün hesabınınza 86.400 AZN yüklənsəydi..?

Hər gün hesabınınza 86.400 AZN

  • 702 Просмотры
  • 05.09.2023
  • 1 мин. чтения
Əslində, bu, realdır və hamımızın belə bir bankı var.. ...
Все
Больше
Bu məqalə özünü yaxşı hiss etməyinə səbəb olacaq :)

Bu məqalə özünü yaxşı hiss etm

  • 1587 Просмотры
  • 03.09.2023
  • 1 мин. чтения
İnsan nə qədər dəyərli və qiymətli bir şeyə sahib olsa da belə, zaman keçdikcə həmin o dəyərli hesab etdiyi gözündə adiləşir. Nəticədə qəlb tətminlik ...
Все
Больше
kofe.al

Мы создали проект для поддержки талантливых и креативных людей как вы. Присоединяйтесь к нам!

Как это работает?
  • Донаты
  • Подписка
  • Магазин
  • QR-коды
  • Отличие
Интеграции
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • О нас
  • Правила
  • Политика конфиденциальности

Copyright © 2025 проект BONPARA. Все права защищены.