Kofe Al
  • Авторы
  • Блог
  • ЧАВО
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
  • Войти Регистрация
Kofe Al
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce

Делай то, что любишь, получай донаты от своей аудитории!

  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
    • Авторы
    • Блог
    • ЧАВО
Войти Регистрация
Подписывайтесь на нас
Lalə Osmanova
  • Ceyn Ostinin 250 illiyi necə qeyd olunur?
    Lalə Osmanova
  • 235 Просмотры
  • 22.01.2025
  • 2 мин. чтения

Ceyn Ostinin 250 illiyi necə qeyd olunur?

"Bennetlər kimi şəhərdə gəzintiyə çıxın"

Ceyn Ostinin 250 illiyi necə qeyd olunur?

Dünyanın hər yerindən Ceyn Ostinin pərəstişkarlarından ibarət bir qrup 2025-ci il ərzində ingilis ədəbiyyatının ən böyük yazıçılarından birinin 250 illik yubileyini qeyd etmək üçün Britaniyada möhtəşəm planlar qururlar.

Bir çox xanımın ürəyini fəth edən Mister Darsidən tutmuş “Emma” əsərindəki eyniadlı baş qəhrəman Emma Vudhausa qədər, Ceyn Ostinin personajları kitabsevərləri öz sehri ilə ovsunlayıb. Bu il bu səyahətlər bir başqa olacaq. Ədəbi festivallar, Ostinə hörmətən keçiriləcək Regency rəqs gecələri tam bir bayram əhavl-ruhiyyəsi qatır.

Onun hekayələrində təsvir olunan həyat parlaq olsa da, Ostinin öz həyatı təvazökarlıqla başlamışdı. O, 16 dekabr 1775-ci ildə İngiltərənin Oksfordşir bölgəsindəki Stiventon kəndində ruhani Corc Ostin və həyat yoldaşı Kassandranın yeddinci övladları olaraq anadan olub. 1824-cü ildə Ostinlərin yaşadığı ev sökülsə də, onların ibadət etdikləri Müqəddəs Nikolay kilsəsi hələ də qalıb. Könüllülərdən ibarət olan xüsusi bir qrup tarixi kilsəyə hər səfərin yaddaqalan olmasını təmin etmək üçün çalışır.

İyun, iyul və dekabr aylarında Stiventonda canlı tədbirlərin təşkili gözlənilir. Ziyarətçilər “Ceyn Ostinin sözləri və musiqisi” konsertinə iyun ayının 8-i, və yaxud iyun ayının 6-ı keçiriləcək sərgiyə qatıla bilərlər. Daha sonra, Ceyn Ostinin xatirəsinə, kilsədə yazıçının doğum günündə, dekabrın 16-sı xüsusi Şükran günü keçiriləcək.

Ostinin İngiltərəsində, rəqs gecələri orta və yuxarı təbəqə nümayəndələri arasında əsas məqamlardan biri idi. Yalnız o dövrə aid geyimlərlə tanınan 29 yaşlı dərzi Zack Pinsent üçün belə rəqs gecələrində iştirak etmək Ostinə qarşı ən böyük hörmət əlamətidir. Regency-dən ilhamlanan eyniadlı tədbir üçün Kral Pavilyonunu dekabr ayının 25-nə təmin edən Pinsent, "Düzgün geyimə sahib olan hər kəs bu balda iştirak edə bilər" deyib.

Bəs siz Ceyn Ostinin əsərlərini oxumusuz? Onun 250 illik yubileyini İngiltərədə keçirmək istərdiniz mi?

Əminəm ki, onun əsərlərini həqiqətən sevən, o dövrə xüsusi maraq hissi ilə tanış olan hər kəs o tədbirlərdən ən azı birinə qatılmaq istərdi.

Daha ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

https://www.bbc.com/travel/article/20250116-how-to-celebrate-jane-austens-250th-birthday

 

Другие посты

Arabika və robusta: hansı daha yaxşıdır?

Arabika və robusta: hansı daha

  • 40 Просмотры
  • 28.04.2025
  • 3 мин. чтения
Biz mövcud olan 125 növ qəhvədən cəmi 2-dən istifadə edirik. Və günü-gündən artan məlumata əsasən, əslində 300-dək qəhvə növü olduğu deyilir. ...
Все
Больше
Niyə köpəkbalığı delfinlərdən qorxur?

Niyə köpəkbalığı delfinlərdən

  • 184 Просмотры
  • 03.04.2025
  • 1 мин. чтения
Güclü olmaq qalib olmaq anlamına gəlmir. Təbiətdə isə bu cür nümunələr çoxdur. ...
Все
Больше
kofe.al

Мы создали проект для поддержки талантливых и креативных людей как вы. Присоединяйтесь к нам!

Как это работает?
  • Донаты
  • Подписка
  • Магазин
  • QR-коды
  • Отличие
Интеграции
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • О нас
  • Правила
  • Политика конфиденциальности

Copyright © 2025 проект BONPARA. Все права защищены.