Kofe Al
  • Авторы
  • Блог
  • ЧАВО
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
  • Войти Регистрация
Kofe Al
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce

Делай то, что любишь, получай донаты от своей аудитории!

  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
    • Авторы
    • Блог
    • ЧАВО
Войти Регистрация
Подписывайтесь на нас
Lalə Osmanova
  • Bakını kəşf edənlər
    Lalə Osmanova
  • 291 Просмотры
  • 06.08.2024
  • 1 мин. чтения

Bakını kəşf edənlər

“Zəkanı səyahət etmək qədər inkişaf etdirən ikinci bir şey yoxdur.” Emile Zola

Bakını kəşf edənlər

Bütün dünyada turizm sahəsinə göstərilən marağın hamımız fərqindəyik. Bəs turist olmaq necə hissdir?

Səyahət etmək, dünyagörüşünü artırmaq, yeni insanlar tanımaq, fərqli təamlar dadmaq! 

Paytaxtımıza son zamanlar turist axınının daha da artdığını görmək sevindirici haldır. 

Turizmlə maraqlananlar üçün BBC-nin bir məqaləsinin linkini yerləşdirirəm:

https://www.bbc.com/azeri/international-48775065

Qısaca, səyahət etdiyiniz şəhəri bazar kimi yox, turistik məkan kimi görmək lazımdır. Ətraf mühiti zibilləmək, adət-ənənələrə hörmətsizlik etmək düzgün deyil. Hər bir halda nəzakətli davranmağı, planınızı əvvəlcədən qurmağı nəzərinizdə saxlayın. 

İndi isə, bu gördüyünüz şəkil haqqda qısaca məlumat vermək istərdim. Jurnalist olsam belə, insanlara ilk addım atmaq mənim üçün daim çətin olub. Lakin bu dəfə, daha doğrusu isə, aprel ayının 11-i cəsarətimi toplayıb, turistlərə yaxınlaşdım. Həyəcandan nə deyəcəyimi bilmirdim, rusca danışdıqlarını eşitdim və onlardan şəkillərini çəkmək üçün icazə istədim. İlk təcrübəm uğurlu oldu. Bu sualımı çox xoş qarşıladılar, daha sonra getmək istədikləri məkana necə gedə bilərlər deyə soruşdular. Çox səmimi və şirin idilər.

Bu qısa hekayədən belə nəticə çıxara bilərik ki, ilk addımı atmaq həmişə çətin olacaq. Çünki daha əvvəl etmədiyimiz bir şeyi etmək istəyirik. Çünki “yox” sözünü eşitməkdən çox qorxuruq. Çünki mənliyimizə sığdırmırıq, lakin əgər qəlbən bir şeyi çox istəyirsizsə, qorxunuzun üstünə gedin. 

Geri baxanda, qorxduğunuzu deyil, qorxunuzun, həyəcanınızın üstünə getdiyinizi yada salın.

#turizm #baku #azerbaijan #fotoqrafiya #azərbaycan #bakı 

Другие посты

Arabika və robusta: hansı daha yaxşıdır?

Arabika və robusta: hansı daha

  • 41 Просмотры
  • 28.04.2025
  • 3 мин. чтения
Biz mövcud olan 125 növ qəhvədən cəmi 2-dən istifadə edirik. Və günü-gündən artan məlumata əsasən, əslində 300-dək qəhvə növü olduğu deyilir. ...
Все
Больше
Niyə köpəkbalığı delfinlərdən qorxur?

Niyə köpəkbalığı delfinlərdən

  • 184 Просмотры
  • 03.04.2025
  • 1 мин. чтения
Güclü olmaq qalib olmaq anlamına gəlmir. Təbiətdə isə bu cür nümunələr çoxdur. ...
Все
Больше
kofe.al

Мы создали проект для поддержки талантливых и креативных людей как вы. Присоединяйтесь к нам!

Как это работает?
  • Донаты
  • Подписка
  • Магазин
  • QR-коды
  • Отличие
Интеграции
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • О нас
  • Правила
  • Политика конфиденциальности

Copyright © 2025 проект BONPARA. Все права защищены.