Kofe Al
  • Авторы
  • Блог
  • ЧАВО
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
  • Войти Регистрация
Kofe Al
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce

Делай то, что любишь, получай донаты от своей аудитории!

  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
    • Авторы
    • Блог
    • ЧАВО
Войти Регистрация
Подписывайтесь на нас
Lalə Osmanova
  • Azərbaycan Muğam Caz Hərəkatının memarının anım günü
    Lalə Osmanova
  • 261 Просмотры
  • 18.12.2024
  • 2 мин. чтения

Azərbaycan Muğam Caz Hərəkatının memarının anım günü

“Mən öz musiqi taleyimdən çox razıyam. Ona görə razıyam ki, mən musiqini çox, amma çox sevirəm. Mən çalışmağı sevirəm.”

Azərbaycan Muğam Caz Hərəkatının memarının anım günü

Azərbaycanda cazdan söz düşəndə, ilk növbədə Vaqif Mustafazadə yada düşür. XX əsrdə musiqi sənətinə bizim üçün tamamilə yeni ruh gətirdi. Opera, balet ilə yanaşı artıq caz da musiqi təfəkürümüzün ayrılmaz hissəsinə çevrildi. Görkəmli bəsəkar və pianoçu, Vaqif Mustafazadə 16 mart 1940-cı ildə anadan olub. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Dövlət Musiqi Texnikumunu bitirib, Bakı Musiqi Akademiyasına daxil olmuşdur. V.Mustafazadə artıq burada kiçik konsertlər verirdi. O, əsasən caz, blyuz, və oynaq mahnılar ifa edirdi. Yaradıcılıq fəaliyyətinə daxildir: 1965-cı ildə Gürcüstan Dövlət filarmoniyasında “Qafqaz” caz-triosunu yaradıb; 1970-ci ildə “Leyli” ilk qadın vokal kvartetinə, 1971 – 1977-ci illərdə “Sevil” vokal-instrumental ansamblına, 1977 – 1979-cu illərdə “Muğam” instrumental ansamblına rəhbərlik edib. 1979-cu ildə Monakoda yeni festival keçirilmişdir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalı idi. Festival başa çatdıqdan sonra iştirakçıların içərisindən Vaqif Mustafazadənin adı qalib kimi çəkilir. O, Monako caz festivalından "Ağ royal" mükafatı ilə qayıdır.Vaqif Mustafazadə ölkəmizin caz musiqisinin banisi və təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaratmışdır. Hər bir yenilik ilkin olaraq çətinliklərlə, maneələrlə rastlaşır. Vaxt var idi ki, Amerikadan, Qərbdən bizə gəlib çatan bu sərbəstlik sevən sənət növü qadağan olunurdu. Cazla məşğul olanlar isə repressiya qurbanlarına çevrilirdilər. Günümüzdə ağlabatmaz görsənsə də, adi bir alət - saksofon belə qadağan edilmişdi. Bu cür şəraitdə 40-cı illərdə Azərbaycanda ilk Dövlət Caz orkestrinin yaradılması insanda heyrət doğurur. Bizim cazmenlər cazı milliləşdirmək variantını seçdilər və bunu bir ənənəyə çevirdilər.  Vaqif Mustafazadənin caz sənətinə gəlişi Xruşşov "mülayimləşməsi" dövrünə təsadüf etsə də, onun da bu sənətdə yolu heç də hamar olmadı.Vaqif Mustafazadə çətin və maneələrlə dolu sənətkar yolu keçdi. 16 dekabr 1979 il tarixdə Daşkəndə qastrol zamanı ürək tutmasından vəfat edib. Caz aləminin parlaq ulduzlarından Mustafazadə soyadını hazırda Əzizə (V.Mustafazadənin qızı) yaşadır.

Другие посты

Arabika və robusta: hansı daha yaxşıdır?

Arabika və robusta: hansı daha

  • 41 Просмотры
  • 28.04.2025
  • 3 мин. чтения
Biz mövcud olan 125 növ qəhvədən cəmi 2-dən istifadə edirik. Və günü-gündən artan məlumata əsasən, əslində 300-dək qəhvə növü olduğu deyilir. ...
Все
Больше
Niyə köpəkbalığı delfinlərdən qorxur?

Niyə köpəkbalığı delfinlərdən

  • 184 Просмотры
  • 03.04.2025
  • 1 мин. чтения
Güclü olmaq qalib olmaq anlamına gəlmir. Təbiətdə isə bu cür nümunələr çoxdur. ...
Все
Больше
kofe.al

Мы создали проект для поддержки талантливых и креативных людей как вы. Присоединяйтесь к нам!

Как это работает?
  • Донаты
  • Подписка
  • Магазин
  • QR-коды
  • Отличие
Интеграции
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • О нас
  • Правила
  • Политика конфиденциальности

Copyright © 2025 проект BONPARA. Все права защищены.