Adətən yalan danışırıq. Tascha Eurich adlı bir qadın ömrünü bizim özümüzə danışdığımız yalanları araşdırmaqla keçirib.
Nəticə belədir.
Əksər insan bunu fərqində olmadan edir. Avto-pilot deyək.
O zaman özünü-dərk, özünü-tərk ilə başlayır.
Sükanı öz əllərinə götürmək lazım gəlir.
Hər zaman düzünü danışsaq necə olacaq?
Dostların və tanışların sayı dərhal azalacaq. Günümüz qaralacaq. Amma digər tərəfdən, bizi həqiqətən dəyərləndirən kəslər tapılacaq. Bəlkə bu da şirin bir yalandır. Hələ ki, həqiqətləri danışıb yaxşı yaşamış birini görməmişəm.
Əksinə onların dərisini soyublar.
Bəs yazanda necə olur? Cümlələri yazan zaman yalan danışmaq alınırmı?
Adı və ya yeri dəyişmək olur. Hadisənin detallarını dəyişmək olur. Həmin insanın saç rəngini və ya boyunu dəyişmək olur. Amma həqiqətini gizlətmək alınmır. Həqiqəti sətrlərin altında tapa bilən kəslər oxuculardır.
Oxucular yazıçının içini də, çölünü də görə bilənlərdir.
Bəzən isə oxucunun özünə satdığı yalan onu yazılanlara qarşı diqqətsiz və biganə edir. Ömürboyu axtardığı həqiqətə toxuna bilmədən rəflərdən yan keçir.
Bu qədər yaxın olub, uzaqlaşa bilirlər...