"Adətən şəxsi inkişaf kitabları oxumuram. Çünki onların mənə fayda verəcəyinə inanmıram. Amma bu kitab... " cümləsi ilə başlayan o qədər rəy oxuyub, etiraf eşitmişəm ki, KVAN barəsində bəhs edən. Özünü günahkar hiss etməmək üçün edilən açıqlamaların kökündə sadəcə ictimai qınaq dayanmır. İnsan bu həyatı mərhələli yaşadığını dərk etmir sanki. Hər şeyin öz vaxt pəncərəsi var. Klassik ədəbiyyat kitablarından everesti fəth edənlər həyat burulğanı ilə təmi başqa bir yerə düşə bilər və təmiz fərqli kitablardan ibarət dağları qət edər. Məsələ bu deyil.
Məsələ KVAN kitabının Azərbaycan insanının ürəyində, rəfində özü üçün bir yer yarada bilməsindədir.
Oxuculara nə təsir edir?
Deyərdim ki, səmimi şəkildə yazılması. Oxuyan zaman elə bilirsən ki, hansısa bir yerdə oturmusan və müəllif səninlə söhbət edir. Və onun söhbətləri gözlənilməz mövzulardan ibarət bir karusel kimi işləyir. Memar Əcəmidə başlayıb, Antalya, Amerika, Malayziya kimi yerlərə gedib çıxa bilirsən.
Coşqun həyatının gənclik illəri barəsində danışır və sən öz həyatın barəsində düşünürsən. Onu dayandırıb sual soruşmaq istəyirsən. Selincerin bəhs etdiyi həmin o zəngi etmək istəyi yaranır səndə.
KVAN şəxsi inkişaf kitabından daha çox şəxsi təcrübə hekayəsidir. Elə bir hekayə ki, bir çoxumuzun başına gəlib, gələ bilər. Amma biz bir çox şeyi detallı şəkildə düşünmək üçün və bu barədə yazmaq üçün vaxt və imkanlara malik olmadığımızı düşünürük. (Bacarıq hissəsi də var.) Halbuki bu kitabı oxuyan zaman həmin detallar beynimizdə yaranır.
Kitabın 10 illik yubiley nəşri çıxacaq bu yaxınlarda.
Yeni üz qabığı, yeni məktublar, yeni sonluq və yeni rəylər olacaq içində.
Amma hamının arzuladığı hiss eyni qalır.
