Kofe Al
  • Авторы
  • Блог
  • ЧАВО
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
  • Войти Регистрация
Kofe Al
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce

Делай то, что любишь, получай донаты от своей аудитории!

  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
    • Авторы
    • Блог
    • ЧАВО
Войти Регистрация
Подписывайтесь на нас
Coşqun Kərimov
  • Bizə Qalan Qeydlərimiz
    Coşqun Kərimov
  • 711 Просмотры
  • 11.07.2024
  • 2 мин. чтения

Bizə Qalan Qeydlərimiz

İnsana nə qalır ki? Üst-üstə qalanmış qeydlərindən başqa nəyi var bu insanın? Suallar üstünə sual yığılır. İnsanı başa düşməyə çalışırsan alınmır.

Bizə Qalan Qeydlərimiz

Qaça-qaça susamış itin yanına gəldi. Əlində iri rəng qabı var idi. İçini suyla doldurmuşdu. Qabı itin yanına qoyaraq sanki onunla illərlə bu qədər təbii danışırmış kimi xüsusi çıqqıltı səslərini çıxararaq suyu içməsini təklif etdi. Vəziyyətin nə yerdə olduğunu anlamayan biçarə və halsız it adamın üzünə sonra da qaba baxdı. Qaba yaxınlaşan zaman burnuna su dəydi. Dil çıxaraq mədən qurğusu kimi işləməyə başladı. İtin üz ifadəsi dəyişmişdi. 

 

Dostuyla birgə itə tamaşa edən adam etdiyi əməldən həzz alırdı. Ürəyi soyumadı. Cibindən telefonu çıxarıb suyu içən iti çəkməyə başladı. Dayanacaqda dayanan hərkəs getməli olduğu yer, etməli olduğu iş haqqında düşünməyi dayandırdı. Hərkəs bu susamış itə və onun suyu tapmış halına tamaşa edirdi. Onun bu halı bizim hamımız üçün xatırlatma idi. Sadə və vacib ehtiyaclarımızı unutmuşduq. Hörmətsizləşən 100 manatı, tıxacları, şəraitsizliyi düşünməkdən yorulmuşduq və bu it bizə gözəl fasilə şansı təklif edirdi.

 

İki yekəpər dost bir xeyli baxdıqdan sonra yoluna davam etməli idi. Oranı tərk edərkən artıq hərkəs bu su gətirən adamı mələk kimi görürdü. Nuraniləşmiş üzüylə iki sərnişinə tərəf baxanda özünü tuta bilməyib söz atdı. “Mamasitaya bax eee!” Onu qınamaq yerinə sözü hardan və necə öyrəndiyini düşündüm. Qızla anası qısa ətək geyinmişdi. 

 

Bir qədər öncə susamış itə su verən kişi özü qadın ayaqlarına susadığını anlayaraq atdığı sözdən sonra bir qədər hırıldayıb yoluna davam etdi. Nuranilik onunla birgə çıxıb getdi. 

 

Dayanacaqda dayanmış olan hərkəs, dayanmaq bilməyən axının içinə qarışdı. Nə it, nə su verən mələk, nə də mamasita qalmışdı. 

 

İnsana nə qalır ki?

Üst-üstə qalanmış qeydlərindən başqa nəyi var bu insanın?

Suallar üstünə sual yığılır. 

İnsanı başa düşməyə çalışırsan alınmır. 

Bəlkə bir gün kimsə sənə tərəf gəlib qəribə səslər çıxararaq qarşına cavablar dolu qabı qoyacaq. Sən də çaf-çafla içəcəksən. Qarnın şişənə kimi öyrənəcəksən. Yada elə çöllərdə susuz gəzib ömür sürəcəksən.

 

Другие посты

Sakit Şənbə Günüm

Sakit Şənbə Günüm

  • 46 Просмотры
  • 03.05.2026
  • 5 мин. чтения
Bildiyim odur ki, mən də bir yol gedirəm. Hərdən elə gəlir ki, tək gedirəm. Hərdən onun səsi eşidilir. Halıma gülürmü, yanırmı deyə bilmərəm. Amma ona ...
Все
Больше
Guilt of Reading

Guilt of Reading

  • 76 Просмотры
  • 24.04.2026
  • 2 мин. чтения
I prefer the other type of guilt. Guilt of enjoying the book too much. Almost to a point where you know that author will not deliver for this long. Or ...
Все
Больше
kofe.al

Мы создали проект для поддержки талантливых и креативных людей как вы. Присоединяйтесь к нам!

Как это работает?
  • Донаты
  • Подписка
  • Магазин
  • QR-коды
  • Отличие
Интеграции
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • О нас
  • Правила
  • Политика конфиденциальности

Copyright © 2026 проект BONPARA. Все права защищены.