LEGO bir vaxtlar sadəcə bir oyuncaq brendi kimi rəngarəng kublar sadə formalar təxəyyül imkanlarını genişləndirən sonsuz kombinasiyaları ilə tanınırdı. Lakin 2000-ci illərin əvvəllərində LEGO-da ciddi böhran baş verdi. Uşaqlar getdikcə daha çox ekran qarşısında vaxt keçirməsi plastik oyuncaqları virtual oyunlarla sıxışdırdı.
Bu çətin dönəmdə LEGO özünə bir sual verdi“Əgər uşaqlar ekranda oynayırsa, biz də ora keçək.”
Beləliklə, LEGO Movie yaranmış oldu. Bu, sadəcə bir cizgi filmi deyil, brendin öz hekayəsini danışma tərzi idi.
"LEGO Movie" LEGO kubiklərinin fantastik dünyasını canlandırdı, lakin əsas məqsəd oyuncaq satmaq deyildi. Film yaradıcılığı, birlikdə işləməyi və yenidən uşaq kimi düşünməyi planlaşdırırdı. LEGO brendi öz məhsulunu sadəcə reklam etmək, emosional bir hekayə kimi təqdim etdi. Nəticələr heyrətamiz oldu: film qlobal kinoteatrlarda yüz milyonlarla dollar gəlir əldə etdi və daha əhəmiyyətlisi, LEGO markası yenidən canlandı.
Film LEGO kublarının dünyasını canlandırdı,amma əsas mesaj oyuncaq satmaq deyildi yaradıcılığı, birlikdə qurmağı və uşaq kimi düşünməyi göstərmək idi.
LEGO, brend məhsulunu bir reklam kimi deyil,emosional hekayə kimi təqdim etdi.Nəticə inanılmaz oldu.Film qlobal box office-də yüz milyonlarla gəlir gətirdi,amma ən önəmlisi — LEGO markasının yenidən doğulması idi.
Sonradan LEGO dünyası filmlərdən oyunlara, oyunlardan tematik parklara yayıldı.Brend sadəcə “oyuncaq” olaraq qalmadı əyləncə imperiyasına çevrildi.
Bu hekayə sübut etdi ki,bəzən məhsulu satmaq üçün ən güclü yol,onu reklam etməmək,sadəcə onun ruhunu yaşatmaqdır.
LEGO-nun hekayəsi brendlərə göstərdi ki,özünü ciddi satmaq yerinə,öz hekayəni əyləncə və duyğu ilə paylaşmaq daha qalıcı təsir yaradır.
Bir sözlə "LEGO məhsul satmadı, o insanlara yenidən uşaq kimi xəyal qurmağı və düşünməyi xatırlatdı."
