Bu məqaləmlə mən uzun bir yolun ilk addımını atıram. Bu addım mənim üçün simvolik olmalı və xüsusi məna kəsb etməli idi. Düşündüm ki, həm insanlar, həm də mənim üçün fərqindəlik yaratmalı olan bir məhfum haqqında yazmaq istədim — Dəyər.
Dəyər nədir? Bizim üçün dəyər həyatda bizi biz edən anlamlardır, kim olduğumuzdur və kim olacağımızdır. Əsl kimliyimiz dəyərlərimizin cəmidir, çünki onlar bizim həyatımızda kompas rolunu oynayaraq bizi yönlədirirlər. Oturub son bir neçə ildə verdiyimiz əsaslı qərarlara baxsaq, bizim həyatımızda nələrin vacib olduğunu və bizim qərarlara nələrin təsir etdiyini müəyyənləşdirə biləcəyik. Həmin təsirlər və onlar əsasında verdiyimiz qərarlar bizim dəyərlərimizi özündə təcəssüm edir.
Necə dedik? Dəyərlər bizim kompasımızdır. Dəyərlərinin içərisində ailəsinə öncəlik verən biri qərar qəbul edərkən mütləq şəkildə ailəsini nəzərə alır və ya əsas dəyərlərinin içərisində pul olan biri pula görə bir çox şeyi etməyə razı olur. Hələ də bu dəyərlərə nələrin aid olduğunu tapa bilmədiz? Sizə kömək edə bilərəm. Məsələn, hörmət, güc, ailə, dürüstlük, özünü inkişaf, mənəviyyat, ədalət, təvazökarlıq, sağlamlıq və s. Əgər düşünsəniz ki, bu saydıqlarım elə hamısı sizin dəyərlərinizə daxildir, bu barədə bir daha düşünün. Çünki bu insanın foksunun dağılmasına gətirib çıxara bilər.
Dəyər geniş anlayış olduğu üçün İT dünyasında da geniş istifadə olunur. Biri bizə məhsul təklif etdikdə düşdüyümüz ilk şey “Bu bizə dəyər qatır?” sualı olur. İT düynasında dəyərin tərifi var: “Value is the perceived benefits, usefulness, and importance of something.” Yəni bir şeyin qəbul edilən faydaları, faydalılığı və əhəmiyyəti.
Dəyərlərinizi müəyyən edin, onları tanıyın, onları özünüzə kompas edin. İT dünyasına addım atdığınız zaman belə bu dəyərləri düşünün, onları qərarlarınızın kökündə tutun. Bu halda iç səsiniz və məntiqiniz sizi olmalı olduğunuz yerə aparacaq.