Kofe Al
  • Авторы
  • Блог
  • ЧАВО
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
  • Войти Регистрация
Kofe Al
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce

Делай то, что любишь, получай донаты от своей аудитории!

  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
    • Авторы
    • Блог
    • ЧАВО
Войти Регистрация
Подписывайтесь на нас
Elvin Jabizadeh
  • Yarım Qalmış Fraqmentlər (Film)
    Elvin Jabizadeh
  • 374 Просмотры
  • 13.03.2024
  • 1 мин. чтения

Yarım Qalmış Fraqmentlər (Film)

Korporasiyalar, QHT-lər, mədəniyyət nazirliyi kimi bürökratların nəzarətindən xaric, icma dəstəyi ilə film çəkirik

Salamlar. Mən Elvin Cəbizadə. 7 ildən çoxdur Azərbaycanda sənət kinosunun təbliğatı ilə məşğulam. Sosial şəbəkələrdə, mediada əsl kinonun, kino xadimlərinin tanıdılması, filmlərin analiz edilməsi və kinotexnikaların sıravi izləyicilər tərəfindən də anlaşılması istiqamətində işlər görmüşəm. Hazırda da bu fəaliyyəti davam etdirirəm. Amma mənim kino ilə əsas bağım rejissorluqdu və 2024-cü ildə ilk filmi çəkməyə qərar vermişəm. Yarım Qalmış Fraqmentlər eksperimental - fraqmental kino nümunəsi olmalıdı. Mən müəllif kimi burada həyatındakı çox ağır itkidən sonra bir insanın özünübərpa prosesinə fokuslanıram. O, keçmişdə olanlarla hesablaşır və davam etmək üçün yollar axtarır. Filmdə əsas obrazı Fərqanə Abdulla canlandırır. Bəhram Əliheydər və Malaxima köməkçi rollardadır. Filmin bir neçə səhnəsininin sınaq çəkilişlərini öz imkanlarımla çəksəm də, əsas çəkilişlərə davam etmək üçün yetərli maliyyə tapacağıma inanıram. Bu ideya məndə illərdir var: Alejandro Jodorowsky-nin bütün digər alternativ maliyyə qaynaqlarından imtina edərək ictimai fondlaşma ilə filmlər çəkməsindən sonra. Kino yalnız bu halda birbaşa izləyici və müəllif arasında emosional alış-veriş ola bilər. İstənilən növ digər müdaxilə onu yönləndirir və təəssüf ki, maliyyə asılılığı bu müdaxiləni qaçılmaz edir. 

Filmin ümumi çəkilişi üçün bizə 5000 AZN vəsait lazımdır. Bu, aktyorların məvacibi, DoP və texnikanın cəlbi, yol xərclərini ehtiva edir. Hesabatlılıq üçün bütün xərclər Instagram hesabından paylaşılacaq. Buradan bizə kitab almaqla dəstək ola bilərsiz. Səhifədə, eyni zamanda kinotexnikalar barədə məlumatlar, film analizləri və digər videolar da paylaşacağam. Təşəkkürlər! 

 

Другие посты

kofe.al

Мы создали проект для поддержки талантливых и креативных людей как вы. Присоединяйтесь к нам!

Как это работает?
  • Донаты
  • Подписка
  • Магазин
  • QR-коды
  • Отличие
Интеграции
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • О нас
  • Правила
  • Политика конфиденциальности

Copyright © 2025 проект BONPARA. Все права защищены.