Maykl Cekson 1958-ci il avqustun 29-da ABŞ-ın İndiana ştatının Qeri şəhərində anadan olub. O, 6 yaşında atasının yaratdığı “Jackson 5” qrupunda çıxış etməklə musiqi karyerasına başlayıb. “Popun Kralı” adlandırılan Cekson milyonlarla nüsxə satılan “Off the Wall”, “Thriller”, “Bad”, “Dangerous”, “HIStory” kimi solo albomlara imza atıb. Dünyanın ən çox satılan albomları siyahısında birinci yerdə olan Cekson, özünəməxsus rəqs üslubu ilə rəqs sənətinə yeni nəfəs gətirib və hər kəsi heyran edib.
Cerri Kramer və Kolin Çilversin rejissorluğu ilə çəkilən, Kellie Parker, Şon Lennon və Brendon Adamsın ona qoşulduğu “Moonwalker” adlı musiqili film böyük maraqla qarşılanıb. Uğurlu albomları ilə çoxsaylı mükafatlar qazanan Cekson, mahnılarına çəkilən qısametrajlı filmlərin və iştirak etdiyi kinoların yanaşı, həm də “Dancing the Dream” və “Moonwalk” adlı kitabların müəllifidir.
Bütün dövrlərin ən böyük musiqi ulduzu hesab edilən Maykl Cekson 2009-cu il iyunun 26-da xəstəlik səbəbindən vəfat edib. Onun ölümündən sonra, sağlığında hazırlıqlarını gördüyü “This Is It” adlı konsertlər silsiləsinin möhtəşəm məşq və kameraarxası görüntülərini əks etdirən film tamaşaçılara təqdim olunub.