Kişilik Harda Başlayır, Harda Bitir?

Qurulan Və Dağılan Ailələr


113 baxış
25.05.2026
1 dəq oxuma

Cəmiyyətimizdə evlənənə qədər hər kəs "kişidir", amma əsl kişilik imza atıldıqdan sonra — o dörd divarın içində başlayır. Bir çoxları elə bilir ki, evə çörək gətirmək, hesabı ödəmək və ya sərt danışmaq kişiliyin zirvəsidir. Amma əslində evlilik bir kişinin səbrinin, fədakarlığının və nəfsinə hakim olmaq qabiliyyətinin ən böyük meydanıdır.