Başlanğıc
Dünənin kafi olduğundan narahat olmaqdansa, sabahı icad etmək daha yaxşıdır.
Steve Jobs
Uzun illərdir artıq ən böyük diskussiya səbəblərindən biri olan Apple şirkətinin innovasiya şirkəti olub-olmaması, trend diqtə edən şirkət və ya sadəcə keyfiyyətli məhsul bazara təqdim edən şirkət olub-olmamasıdır.
Bu məqalədə Apple şirkətinin rəsmi nümayəndəsi olmağıma baxmayaraq tam olaraq qərəzsiz öz yanaşmamı və faktları sizinlə paylaşmağa çalışacam.
Şirkət haqqında
Apple şirkəti 1976-cı il aprel ayının 1-i (bu zarafat deyil) şirkət kimi qeydiyyatdan keçirilmişdi.
Şirkətin hal hazırdakı kapitalizasiyası 1,4 trilyon dollar səviyyəsindədir və dünyada Səudiyyə Ərəbistan neft şirkətindən(1,9 trilyon) sonra ən dəyərli şirkət siyahısında 2-ci yerdədir.
Bazara təqdim edilən ən populyar məhsulları- iPhone, Macbook, iPod, iPad, Apple Watch və AirPods-dur.
Şirkətin əsas gəliri iPhone cihazlarının satışından əldə olunan gəlirdir.
Nömrə 1- Liderlik
Apple şirkətinin dünyada lider şirkətlərdən biri olduğu ilə bağlı mübahisə etmək sadəcə sadəlövlük olar.
Buna sübüt olaraq şirkətin demək olar təqdim etdiyi hər bir məhsulun bazar lideri olmasıdır.
Apple Watch- İsveçrə klassik saatların satış sayını belə ötməyə nail olmuşdur:
Nəticə olaraq da hal hazırda smart saatlar bazarının 50%-ni zəbt etməklə liderdir:
AirPods- naqilsiz qulaqcıqlar seqmentində Apple şirkəti artıq 53% bazar sahibliyi ilə liderdir:
iPad- 27% ilə tablet bazarını lideri olan növbəti məhsul:
https://www.appleworld.today/blog/2019/5/8/the-ipad-now-has-27-of-the-global-tablet-market
iPod- dünyada ən populyar və satış lideri olan pleyer olmuşdur illər öncə- hal hazırda artıq mobil telefonlar pleyerin bütün imkanlarını bizə təqdim etdikdən, artıq pleyer satışının statistikası aparılmır.
iPhone- dünyada ən çox satılan 3-cü telefon markasıdır:
Amma 3-cü olmasına baxmayaraq, hər il ictimayyətə təqdim edilən yeni modelər eyni il ərzində dünyada ən çox satılan model olaraq dünya lideri olur:
https://en.wikipedia.org/wiki/List_of_best-selling_mobile_phones
https://www.macrumors.com/2020/02/25/iphone-xr-most-popular-2019/
Apple TV- TV box cihazları arasında top 3-de 19% ilə ən çox bazar sahibinədir bu məhsul:
https://www.broadbandtvnews.com/2018/06/14/ott-boxes-and-smart-tvs-driving-connected-device-growth/
Apple Music- Musiqi dinləmə platforması olaraq son məlumata görə top 2-yə artıq qalxmışdı:
Bu siyahı daha uzana bilərdi, amma aydın şəkildə görüldüyü kimi bazara təqdim olunan əksər məhsullar ya lider olur və ya top satış siyahısına düşür.
Nömrə 2- İnnovasiya
İlk öncə ümumiyyətlə innovasiya dedikdə nəyi nəzərdə tutduğumuzu müəyyən edək.
İnnovasiya anlayışı sənət kimidir- hamı görəndə nə olduğunu bilir, ancaq beş nəfərdən sənətə dəqiq bir tərif verməsini xahiş etməyə çalışın və bir çox insandan fərqli cavab alacaqsınız.
Merriam-Webster lüğətində innovasiya tərifi olaraq "yeni, yeni bir fikir, yeni bir metod,cihaz və ya yanaşma" olaraq təyin etmişdir.
Keçək Apple şirkətinin dünyaya bəxş etdiyi innovasiyalara:
Retina Display:
2010-ci ildə dünyada ilk mobil ultra yüksək dəqiqlikli olan ekran idi.
Geniş multitaç:
2007-ci ildə dünyaya ilk geniş funksionallı sensor ekran imkanları(sərbəst toxunma və jestlərlə ilə idarə) təqdim etdi.
Mikro tranzaksiyalar:
Elektron ticarət mütəxəssisləri illərlə kredit kartından xidmət haqları və əməliyyat haqqının tutulması üçün (1-2 dollar və s.) çıxış yolu axtarırdılar ki, əlavə ödəniş hesabdan çıxmasın. 2007-ci ildə Apple şirkəti iTunes vasitəsi ilə musiqi kompozisiyaların alınması və xidmət haqqının tutulmaması kimi imkan təqdim etməyə nail oldu.
Force Touch(3D Touch):
Cihazin ekranına toxunuşunu fərqli kombinasiyalarla emal edilməsini imkan verən texniologiyadır. Ekrana toxunuş gücünə görə fərqli əməliyyatlar etmək, cihazın hər küncünə toxunanda başqa əməliyyatlar etməyi bacaran bir texnologiya Apple tərəfindən 2014-ci ildə təqdim olunmuşdu.
AirDrop:
Naqilsiz böyük həcmdə məlumatı iki cihaz arasında sürətlə göndərmək texnologiyası 2011-ci ildə təqdim olundu.
TouchID:
Genişmiqyaslı barmaq izi ilə əməliyyatlar icra edilməsi 2011-ci ildə iPhone 5S modelində təqdim olundu. Bundan öncə barmaq izini elə eyni ildə Toshiba markalı cihazda təqdim etmişdilər, amma bu barmaq izi ancaq ekran kilidi açmaq üçün idi. İphone 5S-də isə barmaq izi ilə ödəniş etmək, şifrə tələb olunan əksər yerlərdə barmaq izini istifadə etmək və barmaq izinin tam məxfi cihazda saxlanması ilə yenilik gətirmişdir.
CarPlay:
Avtomobili tam idarə etmək üçün 2013-cı ildə yaradılan texnologiyadır. Bu texnologiya ilə maşının demək olar istənilən əməliyyatını avtomatlaşdırma və idarə etmək olar. Avtomobildə olan istənilən mutlimedianı səs komandası ilə idarə və habelə çox yaxın zamanda maşını telefon ilə qapıların açılması,işə salmaq və maşın açarlarını dost və tanışlarınıza həvalə etmək kimi imkanlar da əlavə olunacaq.
AirPlay:
2011-ci ildə bir Apple cihazında olan məlumatı digər Apple cihazına yayımlamaq texnologiyası təqdim olundu.
iTunes:
iTunes, istifadəçilərə keyfiyyətli musiqi əldə etmək üçün qanuni bir yol verərək musiqi sənayesini dəyişdirdi, musiqi piratçılığını cilovladı və tamamilə yeni rəqəmsal alış ekosistemləri yaratdı.
Daha çox məqamlar qeyd oluna bilər hansı texnologiyalar Apple tərəfindən yaranıb və ya ilk dəfə Apple cihazında təqdim olunub ( misal olaraq- USB ilk dəfə iMac-da təqdim olunması, tayı-bərabəri olmayan üz tanıma sistemi olan Face İD texnologiyanın yaranması, qrafik interfeys (GUİ)- yəni kompyuter ekranında hal hazırda qara ekranda komandaların əvəzinə şəkil və proqrammları görməyimizi və kompyuter sıçanı(mouse) ilk tətbiq edən də Apple şirkəti olmuşdur).
Nömrə 3- Trend diktə etmək
Sözsüz ki, hər zaman eşidirik ki Apple hansısa funskiyanı filan şirkətdən mənimsəyib və ya əksinə digər rəqiblər Apple arxasıyla təkrar edir.
Əslində mən Apple-ın tərəqqi mühərriki olduğunu düşünürəm.
Əlbəttdə Apple hər yeniliyi və ya funksiyanı ilk olaraq təqdim etmir, hətta əksər hallarda rəqiblərdən daha gec ictimayyətə təqdim edir.
Amma buna obyektiv səbəb var və bu səbəb məhsulu tam ağıla çatdırılmış səviyyədə(bəzi istisnalar olmaq şərti ilə) istifadəçilərə təqdim etməkdir.
Buna bir neçə misal olaraq:
Üz ilə tanıma funksiyası-
Apple-dan daha əvvəl bir neçə şirkət bu imkanı təqdim etdi, amma bu imkanı çox rahat üz sima yerinə şəkil ilə aldatmaq olurdu və ancaq telefonun kilidini açmaq üçün əsas istifadə edilirdi.
Amma Apple bunu daha gec təqdim etməklə daha püxtələşmiş bir FaceiD adında üz tanıma sistemini təqdim etdi.
Burada sistemi aldatmaq mümkün deyildi ( bir-iki istisnalar var idi onlar da həll olundu), üz tanıma sadəcə telefon kilidini açmaq üçün deyil ödəniş etmək, mobil əlavə yükləmək, sayt və mobil əlavələrdə şifrəni daxil etmək və digər sahələrdə tətbiq edilib ictimayyətə təqdim edildi. Habelə üz tanıma imkanları hər bir mobil proqramma əlavə edilməsi üçün proqrammçılara xüsusi bir imkanlar yaradıldı.
Bu texnologiya neyron şəbəkə üzərində qurulan çətin alqoritmli unikal bir texnologiyadır.
Məlumatın göndərilməsi-
Məlumatın göndərilməsi Bluetooth ilə mövcud idi, amma Apple bu yöndə məlumatın göndərilməsi tərəfdarı deyildi. Səbəb isə ilk öncə təhlükəsiz olmaması, böyük həcmli məlumatın göndərilməsi çətinliyi və məlumatın gec ötürülməsi.
Apple buna uyğün AirDrop texnologiyasını təqdim etdi. Burada siz istənilən həcmdə məlumatı çox qısa zamanda ötürmək imkanı əldə edirsiz tam təhlükəsiz şəkildə.
Və daha çox misal gətiriləcək məqam qeyd edilə bilər.
Amma danılmaz fakt budur ki, Apple şirkətinin etdiyi əksər addımlar və yaratdığı məhsullara rəqib şirkətlər dərhal fokuslanıb eyni məsələni təkrar etməyə sövq edir.
Əslində bu da düz addımdır, ona görə ki işlək modeli bazarda satmaq daha asanddır nəinki yeni bir model yaratmaqdan.
Əslində rəqibdən maraqlı məhsul və ya ideyanı mənimsəmək qəbahət deyil, bütün dünya bunu edir hətta Apple şirkəti.
Apple-ın bazara təqdim etdiyi yenilik və ya məhsul əsasən dərhal populyar olduğunu nəzərə alaraq, rəqiblər əminliklə eyni yanaşmanı məhsullarında həyata keçirirlər bazar araşdırmasına ehtiyac duymadan.
Buna misal olaraq iPhone cihazların dizaynın təkrarlanması(notch buna misal), barmaq izinin populyarlaşması, naqilsiz qulaqcıqların və smart saatların populyarlaşması və daha nələr-nələr.…
Yəni Apple rəqibləri dayanmadan yenilik və dəyişiklik etməyə təşviq edir.
Nömrə 4- Apple niyə yeniliklərdə rəqiblərdən geri qalır və gecikir?
Tez-tez qarşımıza çıxan deyimlərdən biri olan Apple-ın filan təqdim etdiyi yenilik deyil, bunu artıq filan şirkət edib.
Əksər hallarda bu sözlərdə həqiqət var, amma yuxarıda qeyd etdiyim kimi buna obyektiv səbəblər var.
Buna misal olaraq bir neçə məqamı qeyd edim:
Rəqib şirkətlər 21 və ya 18 megapiksel kamera təqdim etdiyi zaman, Apple 12 meqapiksel kamera təqdim edir.
Amma siz misal 18 və ya 21 meqapikselli kamera ilə şəkil çəkdiyiniz zaman şəkliniz iPhone-da olan 12 meqapikselden daha gözəl keyfiyyət göstərməyəcək, hətta bəzi hallarda iPhone keyfiyyətdə üstələyəcək.
Kamera çəkilişindən anlayışı olanlar gözəl bilirlər ki kameranın megapikseli demək olar sadəcə rəqəmdir.
Əsas linza, diafraqma və telefonun çəkilən şəkli nə dərəcədə emal etməsidir.
Rəqiblər cihazlarına böyük rəqəmli megapiksel əlavə etməklə Marketing yanaşması edirlər, amma Apple megapiksel artırmağa qaçmaq əvəzinə mövcud megapiskelin tənzimlənməsinə illər ayırır.
Növbəti misal daxili yaddaş (RAM) ilə bağlıdır.
Rəqiblər 12-16GB RAM telefonlara əlavə etdiyi zaman Apple hələ də 2-4 GB RAM istifadə edir.
Sual verəcəksiz indi Apple digər telefonlardan 3-4 dəfə gec işləyirmi?
Əlbəttdə ki yox və hətta bəzi hallarda digər cihazları üstələyir.
Burada da eyni məsələdir, Apple cihazda arxa planda gedən hər bir prosessi çox dəqiqlikə tənzimləyir ki, sizin minimal yaddaş tələbatınız olsun telefondan istifadə edərkən və ilişmə ilə qarşılaşmıyasız.
İndi yəqin ki sizə aydın olur niyə Apple bazara məhsulu ildə bir dəfə təqdim edir, rəqiblər kimi ildə 10-15 məhsul yox ( söhbət eyni tipli məhsuldan gedir- misal telefon).
Nömrə 5- Müştəri yönümlü,rahatlıq və Marketing
Müştəriyə keyfiyyət təqdim edin, bu ən gözəl reklamdır.
Apple şirkətini çox insan Marketing şirkəti adlandırır və bu sözlərdə həqiqət var.
Amma bu həqiqətin arxasında əlbəttdə ki keyfiyyət və müştəri yönümlülük dayanır.
Buna misal olaraq bazara təqdim olunan məhsulların illərlə keyfiyyətli çalışması və müştərinin düşünlməsi qeyd oluna bilər.
İllərlə yenililklərdən geri qalmamaq
Şirkət daima təqdim etdiyi məhsulların ən azı 5-6 il aktual olaraq yenilik almasını və cihazların eyni anda yenilik almasını təmin etməyə çalışır. Rəqiblərdə bu məsələ tam fərqlidir, 2-3 il ərzində əsasən yenilik alması təmin edilir və cihazın yenilik alması bir neçe ay, hətta bir il sonra gəlməsi belə normaldır.
Əlbəttdə rəqiblərdə bu məsələnin belə olmasının obyektiv səbəbləri var, amma müştəri üçün bunlar maraqlı deyil. Müştəri vaxtında və daimi cihazının yenilik almasını istəyir.
İdeal rahatlıqda ekosistem
Apple müştərilərinə mini texnoloji dünya təqdim edir. Digər heç bir rəqibdə belə ideala yaxın ekosistem yoxdur.
Təsəvvür edin işdən çıxıb evə gedirsiz və parkovka ödənişi Apple Pay xidməti ilə Apple Card vasitəsi ilə ödəyirisiz. Maşınınızı iPhone ilə işə salırsız, AirPods qulaqcıqı ilə yolda maşındakı musiqini aktivləşdirə bilsiz, zəng gəldiyi halda Apple Watch ilə zəngə cavab verib saat ilə danışıq aparırsız. Evə çatana yaxın HomePod (kolonka) komanda göndərirsiz ki misal evin işıqlarını və musiqini açsın. Qaraj və evin qapısını da HomePod ilə açmaq. Evə daxil olub Macbook-unuzu Apple Watch ilə şifrə yazmadan kilidi açmaq. iPhone-da bu gün misal fotosessiya edilmiş yüzlərlə şəkilləri 1 dəqiqə ərzində AirDrop ilə kompyutere köçürmək. Daha böyük ekranda baxmaq üçün şəkillərə AirPlay xidməti ilə Apple TV-yə şəkilləri yayım etmək və daha nələr-nələr…
Fikir verdiyiniz kimi burada demek olar hər yerdə Apple cihazı və Apple texnologiyası istifadə edilir.
Apple şirkətinin əsas missiyası həyatda istifadə etdiyiniz hər bir xırda məqamın belə Apple şirkətinə aid olmasını istəyir.
Nömrə 6- Maraqlı faktlar
Apple haqqında yəqin bilmədiyiniz və ya az məlum olan bir neçə maraqlı fakt da sizə çatdırmaq istərdim:
Qənaət- Apple filmdə məhsulunun nümayiş edilməsinə görə pul ödəmir, əksinə Apple şirkətinə buna görə pul ödənilir.
Növbə- 2011 ci ildə Pekində iPhone 4S modeli üçün dünyada ən böyük növbə qeydə alınmışdı- 300.000 dən çox şəxs.
Təsisçi- şirkəti yaranmasında əksər insanlar düşündüyü kimi Steve Jobs və Voznyak-dan əlavə daha bir şəxs iştirak etmişdir - Ronald Ueyn. Ueyn şirkətin hətta ilk logosunu yaratdı və sonra Jobs-ın ağlasığmaz ideyalarından qorxub, öz haqqını 800 dollara satdı.
Dünyada ən bədbəxt insanlar siyahısını axtarırsızsa, əmin olun Ueyn o siyahıda üst sıralardadır.
Pozitivlik- Apple hər hansı bir filmdə öz məhsulunu ancaq müsbət personajlarının istifadəsinə icazə verir. Apple psixoloji olaraq insanların Apple məhsulunu pis personaj ilə assosiasiya edilməsinin qəti tərəfdarı deyil.
Nömrə 7- Nəticə
Nəticə olaraq əlbəttdə Apple Texnoloji şirkətdir hansı ki trendə diqtə edir.
Amma son zamanlar Apple Biznes modelini və yanaşmasını daha çox əlavə gəlirlərə fokuslandığından son 2-3 ildir ki yeni texnologiyalar daha az təqdim edir.
Hal hazırda Apple ƏDX (Əlavə Dəyər Xidmətləri) fokuslanıb.
Bunlar aylıq abunəlik xidmətlərdir.
Apple Music- aylıq yüksək keyfiyyətli musiqi dinləmək xidməti
Apple Arcade- aylıq fəqrli və rəngarəng oyunları oynamaq, oyun daxili ödənişlər olmadan
Apple TV- aylıq maraqlı kino və seriallara baxmaq imkanı və ən əsas Apple şirkətinin çəkdiyi seriallara eksklusiv olaraq ilk baxma imkanı
Apple News- aylıq ödəniş etməklə dünyada populyar olan əksər jurnalları birlikdə oxumaq imkanı
Və digər xidmətlər.…
Apple gözəl anlayır ki bir müştəriyə 1-2 ildən bir cihaz satmaq gözəldir, amma eyni müştərini aylıq sənə müyyən qədər pulun ödəməsi daha yaxşıdır gəlir olaraq…
Amma əmin olun böyük ehtimalla yaxın illərdə Apple yenidən bazarı şok edəcək bir texnologiya və ya cihaz ilə fəth edəcək.
Apple şirkəti insanların nə istədiyini deyil, onların nə istəyəcəyini və bəyənəcyini bazara təqdim edir.
Siz insanlardan nə istədiklərini soruşa bilərsiniz və sonra onlar üçün bunu edə bilərsiniz. Ancaq məhsul hazır olan zaman artıq yeni bir şey istəyəcəklər.
Steve Jobs