Kofe Al
  • Авторы
  • Блог
  • ЧАВО
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
  • Войти Регистрация
Kofe Al
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce

Делай то, что любишь, получай донаты от своей аудитории!

  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
    • Авторы
    • Блог
    • ЧАВО
Войти Регистрация
Подписывайтесь на нас
Aqil Ağamirzəyev
  • “Çağırılmamış qonaq”
    Aqil Ağamirzəyev
  • 296 Просмотры
  • 13.08.2023
  • 1 мин. чтения

“Çağırılmamış qonaq”

İnsanlara vaxt ayıraq, sevək və xoşbəxt olaq.

“Çağırılmamış qonaq”

Ata da, ana da axşam yeməyindən sonra qonaq otağına keçdilər. Ana inşalara baxmaq üçün masada (o ibtidai sinif müəllimi idi), ata isə telefona baxmaq üçün divanda oturdu. Ana dünən şagirdlərinə “Kim nə olmaq istəyir?” adlı bir inşa yazmağı tapşırmış, bu gün isə o inşaları yoxlamaq üçün evə gətirmişdi. Ana bütün inşaları yoxlayıb qurtardı və birdən kənarda bir inşanın gözündən qaçdığını gördü. Ana bu inşanı da götürüb yoxlamağa başladı. Inşada bu sözlər yazılmışdı: “Mən cib telefonu olmaq istəyirəm. Çünki anam və atam cib telefonlarını çox sevirlər. Gecə də, gündüz də onu özlərindən ayırmırlar. Hətta, bəzən məni unutsalar belə, telefonlarını unutmurlar. Atam və anam işdən yorğun gələndə vaxtlarını mənimlə yox, telefonları ilə keçirirlər. Hətta, oyun oynayanda da mənimlə yox, telefonları ilə oynayırlar. Vacib bir işlə məşğul olsalar belə, telefonları zəng çalanda, ona cavab verirlər . Ancaq mən onlardan nə isə soruşmaq istəsəm, “Indi işimiz var, sonra…” — deyirlər. Buna görə də, mən cib telefonu olmaq istəyirəm. Çünki bəlkə onda onlar məni telefonları qədər sevərlər. Çünki bəlkə onda onlar mənə telefonları qədər diqqət göstərərlər”. Ana bir tərəfdən inşanı oxuyur, bir tərəfdən də göz yaşı tökürdü. Bunu görən ata ondan nə olduğunu soruşdu. Ana bu dəfə inşanı oxumaq üçün ataya verdi. Ata inşanı oxuyandan sonra bunu hansı şagirdin yazdığını soruşdu. Bu vaxt sanki ananın yadına nə isə düşdü və İnşanın üstünə baxanda yerindəcə donub qaldı. Çünki bu “çağırılmamış qonağın” haradan gəldiyini başa düşdü. Ona görə də, az qala pıçıltı ilə ataya: “Bu inşanı yazan mənim şagirdim deyil. Bu inşanı yazan bizim oğlumuzdur” ,-dedi…

Другие посты

kofe.al

Мы создали проект для поддержки талантливых и креативных людей как вы. Присоединяйтесь к нам!

Как это работает?
  • Донаты
  • Подписка
  • Магазин
  • QR-коды
  • Отличие
Интеграции
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • О нас
  • Правила
  • Политика конфиденциальности

Copyright © 2025 проект BONPARA. Все права защищены.