Kofe Al
  • Авторы
  • Блог
  • ЧАВО
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
  • Войти Регистрация
Kofe Al
  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce

Делай то, что любишь, получай донаты от своей аудитории!

  • ru Русский
    • ru English
    • ru Azərbaycan
    • ru Türkce
    • Авторы
    • Блог
    • ЧАВО
Войти Регистрация
Подписывайтесь на нас
Tarverdiyeva Meryem
  • Ağlayan Həqiqət 🗣
    Tarverdiyeva Meryem
  • 56 Просмотры
  • 23.05.2025
  • 4 мин. чтения

Ağlayan Həqiqət 🗣

Həqiqətlər acı olur ifadəsini kim çıxardıb? Yəqinki bu cümləni deyən şəxs həm çox uzağı həm də çox yaxını görməkdə çətinlik çəkib. Çünki həqiqətlərin şirinlik etdiyi, acı dad verdiyi yerlər paralel olur. İlk başda şəkərli suyun dadı xoşumuza gələr bilər, fəqət bir qaşıq şəkəri dilimizin üstünə qoyub yeməyə çalışsaq bu nə qədər zövq verə bilərki? Bax həqiqətlərində 2 üzü var biz insanlar kimi🎭

Ağlayan Həqiqət 🗣

Həqiqətlər acı olur ifadəsini kim çıxardıb? Yəqinki bu cümləni deyən şəxs həm çox uzağı həm də çox yaxını görməkdə çətinlik çəkib. Çünki həqiqətlərin şirinlik etdiyi, acı dad verdiyi yerlər paralel olur. İlk başda şəkərli suyun dadı xoşumuza gələr bilər, fəqət bir qaşıq şəkəri dilimizin üstünə qoyub yeməyə çalışsaq bu nə qədər zövq verə bilərki? Bax həqiqətlərində 2 üzü var biz insanlar kimi. Əslində biz insanların görünən 2 üzü görünməyən sayı bəlli olmayan obrazları var.  Maraqlıdır tamaşalara getməyə ərinən cəmiyyətin başdan-başa tamaşa kimi yaşaması həqiqəti insanı tərəddüddə salır. Doğrudan biz aktrisaları sevə bilərik, onları izləməyə gedə bilərik, ancaq öz həyatımızda obrazlara girdiyimiz vaxt biri bizə aktyor aktrisa deyə sərt şəkildə xitab etsə ona nifrət qusmağa gecikmərik. Bəs necə olurki səhnədə olanda sevilən obrazlar, həyata keçəndə faciəyə çevrilir?  Çünki həyatın  səhnədən fərqli olaraq arxa pərdəsi yoxdur. Olan hər bir şey gec ya tez bəlli olur). Xalqın gözü tərəzidir deyimidə yəqinki burdan gəlir). Ah atalar atalar tanımasaqda etiraflarıyla bir çox yeri yaralar). 9-6 söhbətini edən hər kəs baxış bucağından danışıb hərə öz haklı tərəfini sübut etməyə çalışır. Oysa 9 6 nı tək deyildə , cüt şəkildə müqayisə etsək əlavə 2 variantımız daha çıxır. 96 yoxsa 69?  Fəlsəfəni sevən nəslin dənizlə söhbətləşməsi, ədəbiyyat sevərlərin obrazlara bürünməsi, incəsənət aşiqlərinin sənət fədailərinə çevrilməsi bizə sübut edirki hər sahənin öz həqiqətləri və bədəlləri ola bilər. Çox vaxt bizlər  həyatımızdakı həqiqətləri həzm edə bilməzkən, dünyanın problemlərini cılızlaşdırmağa meyillənirik. Oysa dünyanın içində kiçiçik bir dünyanla var olduğunu unudursan. Maraqlıdır həqiqəti hansı çöldə, səhrada və ya limanda gizlənib? Doğrudanmı o özünü vaxtı gələndə bəlli edəcək? Yoxsa biz onu axtarmaq üçün yola çıxmalıyıq? Bəs çıxdığımız yolun əvvəli və sonunu necə müəyyən edəcəyik?  Deməli kitablar və filmlər həyatdan alıntıları əks etdirsədə, xəyaldan reala keçid etmədən həqiqəti tapmaq olmur). Bəs bizə keçirilən fənnlər, öyrədilən həyat dərsləri, nəsil-nəcabətdən gələm məsləhətlər nə dərəcədə həqiqidir? Görəsən həqiqəti doğulduğumuz yer, ailə, tərbiyə sistemimiz təyin edir, yoxsa seçmək istədiyimiz yer , ailə və tərbiyə sistemi? Bəs əgər seçim şansımız əlimizdən bir yerə qədər alınırsa onda necə? Məsələn mən 1 aylıq olanda istədiyim ölkədə yaşamağı seçə bilmərəm, ya da 18 yaşımdan tez də bunu edə bilmərəm. Hələ 18 dən sonra üçün bir qız uşağı etiketinə qalib gəlməli, özümü başqa bir ölkəyə tək gedəcək qədər olqun hiss etməli və addım ataraq risq almaqdan çəkinməməliyəm.  Çünki bəzi gedişlərin dönüşü olmur. Əgər gedişin səni daha başqa bir səviyyəyə  homosapiens(dərrakəli insana) çevirirsə , niyə stabil həyat tərzinə geri qayıdasanki? Çünki bir çox insanlar heç bir zaman özləri üçün pis bir şey istəməzlər. Əksinə mən daha yaxşısını edim, daha çox pul qazanım , daha çox xoşbəxt olum deyə cümlələr qurarlar. Bir qrup insansa uşaqlıqdan gələn yetərsizlik inanclarına sığınaraq ömür boyu özünə bəddua edib özünü batıra bildikcə  batırmağa çalışır. Nə savaşır nə qaçır yerindəcə donur qalır və ən dibə çəkilməyə istiqamətlənir. Bunun zövq verib vermədiyini deyə bilmərəm, bircə onu deyə bilərəmki, öyrənilmiş vərdişdən geri çəkilmək çox dirəncli və acıverici prosesdir. Çünki çoxları U dönüşünə hələki hazır deyil..🪅

Другие посты

Özümdən 🏃‍♀️‍➡️QAÇIŞ 🏃‍♀️‍➡️ xəstəliyi

Özümdən 🏃‍♀️‍➡️QAÇIŞ 🏃‍♀️‍➡️ x

  • 65 Просмотры
  • 09.05.2025
  • 7 мин. чтения
Mən o qədər çox bahalı rəsm tablolarında yer alacağamki, hər kəs ancaq bu qədər bahalı rəsm tablolarında yer almaq istəyəcək. Və mən elə biri olacağam ...
Все
Больше
Sahildəki GÖRÜŞ 🌊

Sahildəki GÖRÜŞ 🌊

  • 52 Просмотры
  • 28.04.2025
  • 6 мин. чтения
Həyat gecikənləri sevmir deyə bir ifadə eşitmişdim. Deyəsən bu ifadəyə özümü çox qapdırmışam. Ya da bu ifadəni artıq həyat devizinə çevirməyə başlamış ...
Все
Больше
kofe.al

Мы создали проект для поддержки талантливых и креативных людей как вы. Присоединяйтесь к нам!

Как это работает?
  • Донаты
  • Подписка
  • Магазин
  • QR-коды
  • Отличие
Интеграции
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • О нас
  • Правила
  • Политика конфиденциальности

Copyright © 2025 проект BONPARA. Все права защищены.