ÇÜRÜNTÜ (islamdanqabaq)

Sən yaxın qərbdə anası güllələnən uşaq, bütün bəşəriyyətin diqqətində, Mən mənimçün uzaq şərqdə, diri-diri basdırılan körpə müsəlman


548 baxış
30.07.2023
1 dəq oxuma

Bütün dərdlər geirdə qaldı dediyim anda

bulaşdırdım əlimi yenə də qana,

Artıq 5 ci siqaretdir ki ard-arda,

Ümidli gözlər baxanda gələcəyə

asılıb qalmış xatirələr boğazımda,

İndi üzbəüz dayanmışam talehimlə,

indi mən bəlkə də tanrının qarşısında,

Cisim də günahlar dolu amma ruhum

Allaha qibtə edir hələ də bu sübhün namazında.

 

Kitablar, ağrılar,

kürəyimin arxasında sancılar,

Gəzib mələklərin yanında sevgi dilənirəm,

necə ki mərkəz küçələrdə gəzən qaraçılar,

Sən yaxın qərbdə anası güllələnən uşaq,

bütün bəşəriyyətin diqqətində,

Mən mənimçün uzaq şərqdə,

diri-diri basdırılan körpə müsəlman.

Sənin ətrafında onlarla dostlar tanışlar,

Mən bir parça şeir və bir quru siqarettdən başqa

heç nəyi olmayan insan,

Hə bir də boğazıma xalta xatirələrim var idi mənim.