...Bu şəhər həqiqətən bütün arzuları öldürür...
Bu gün bir həqiqəti anladım Bakıda,
Bu şəhər həqiqətən bütün arzuları öldürür.
Çoxluq içinə çıxmaq istədim, küçədə “adam” qalmadı,
Təkliyə çəkilmək istədim, yeniyetmə sevgililər təkliyimi korladı,
Sabah binadan tullansam asfalt çevrilər pambığa,
Dənizdə boğulmaq istəsəm su dönəcək çaxıra,
Bu şəhərin tanrılarından,
Yaşamaq istəyirsənə ölməyi,
Sevgi istəyirsənsə nifrəti arzulamalısan
Dostlar vəfasız, sevgilər itmiş Bəxtimin harda başı batmış ilahi.
Çox qəlbini sıxma, ölüm də öləcək, Necə ki içimdə dünya öləcək bu gecə.
Mən yolunu azmış, itkin, Sən də Roma kimisən. Bütün yollar sənə aparır.