Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Zaur Bünyadzadə
  • “Weapons” – Stiven Kinq və Stenli Kubrikin izindən
    Zaur Bünyadzadə
  • 8 Views
  • 19.08.2025
  • 2 min read

“Weapons” – Stiven Kinq və Stenli Kubrikin izindən

Gərginlik, mistika və unikal referanslar...

“Weapons” – Stiven Kinq və Stenli Kubrikin izindən

Günlərin bir günü, eyni sinifdə oxuyan 17 uşaq gecəyarısı saat 02:17-də evlərini tərk edir və qaranlığa qərq olurlar. Həm gərginlik yaradan, həm də əyləndirən “Weapons” filmi bu ilin ən maraqlı sürprizlərindən biridir. Bölümlərə ayrılmış quruluşu və ssenarini diri saxlayan ritmi tamaşaçıya sanki bir romanın səhifələrini çevirirmiş kimi təsir bağışlayır. Hadisələrin axını domino daşları kimi irəliləyir; izləyərkən həm həyəcanlanır, həm də zövq alırsınız.

Filmin fərqli personajlarla zamanda geriyə qayıdaraq hekayəni müxtəlif aspektlərdən göstərməsi janr üçün olduqca orijinal bir təcrübə yaradır. Məncə, bu, tam olaraq qorxu filmi deyil, amma gərginliyi və mistikanı yüksək tutaraq özünəməxsus üslubda çəkilib. İki-üç “jumpscare” səhnəsi var, lakin ümumi atmosfer daha çox həyəcan və intriqa üzərində qurulub. Sonlara doğru isə bir sıra gülməli məqamlar filmi daha da yüngülləşdirir. 

Rejissorun bu filmdə istifadə etdiyi istinadlara toxunmamaq olmaz. Stenli Kubrikin klassikalarından biri olan “The Shining”dəki məşhur qapının sındırılması və lənətlənmiş şəxsin sınmış yerdən başını çıxarması səhnəsi bu filmdə də yer alır. Zak Kregger özü də “The Shining”in pərəstişkarı olduğunu bildirib. Bundan əlavə, filmdə saat 02:17-də ortaya çıxan lənətlənmiş uşaqlar “The Shining” romanında təsvir olunan 217 nömrəli otaqdan ilhamlanaraq yazılıb. Qollarını yana açaraq qaçan obrazlar isə Vyetnam müharibəsindən məşhur bir fotoya istinad edilmişdir. 

Təəssüf ki, hekayənin əsas “twist” hissəsi və finalı gözlənildiyi qədər təsirli olmadı. Bu janrı sevənlər üçün maraqlı ola bilər, amma sırf qorxu filmi kimi baxsanız, bir az məyus ola bilərsiniz. “Weapons” yaxşı filmdir, amma ilin ən yaxşısı olub-olmadığını söyləmək üçün hələ tezdir. Əlqərəz, mən filmi heç bir gözləntim olmadan izlədim və zaldan məmnun ayrıldım.

Other posts

Hans Zimmer və "Kəpənək effekti"

Hans Zimmer və "Kəpənək effekt

  • 22 Views
  • 06.08.2025
  • 1 min read
Zamanı və məkanı aşa bilən yeganə şey sevgidir... ...
Public
More
"Eyes Wide Shut" və Kubrikin təyyarə qorxusu

"Eyes Wide Shut" və Kubrikin t

  • 268 Views
  • 19.03.2025
  • 1 min read
Aerofobiyanın filmlərdəki vizual təzahürləri ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.