Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Zaur Bünyadzadə
  • "The Count of Monte-Cristo" – 180 illik şah əsər
    Zaur Bünyadzadə
  • 673 Views
  • 22.10.2024
  • 1 min read

"The Count of Monte-Cristo" – 180 illik şah əsər

İnsan yalnız bir dəfə sevər...

"The Count of Monte-Cristo" – 180 illik şah əsər

Aleksandr Dümanın "Üç muşketyor"la birlikdə ən məşhur əsərlərindən sayılan "Qraf Monte Kristo" 180 ildir ki, öz əhəmiyyətini qoruyub saxlaya bilmiş və bir çox oxucuları valeh etmişdir. Bu klassik roman ötən əsrdə dəfələrlə kino, televiziya, teatr və komikslərə adaptasiya olunub. Bu il isə həm serial, həm də film olaraq yenidən gündəmdədir. 43 milyon avro büdcə ilə çəkilən "The Count of Monte-Cristo" 2024-cü ilin ən bahalı fransız filmidir.

Əlbəttə ki, kərpic qalınlığında romanı üç saatlıq bir filmə sığdırmaq asan məsələ deyil. Aleksandr Düma özünəməxsus üslubu ilə bu ecazkar hekayəni 1200 səhifəyə incəliklə toxuyub. Amma film gözümüzün qarşısından sürətlə uçub gedir. Bu, yaxşı bir şey kimi səslənə bilər, lakin filmdə açıq-aşkar templə bağlı problemlər var. Film romandakı bəzi mühüm məqamları görkəmli şəkildə təsvir edə bilmir. Xüsusilə fastfud hekayə üslubu gözə çarpır və hadisələrin əksəriyyəti başdansovdu göstərilir. Epiklik zəifdir. Bu səbəbdən də film öz təsirini itirməyə başlayır.

Filmdə Edmon Dantes rolunu Pyer Nine canlandırır. Aktyorun üz cizgiləri həm gənc, həm də orta yaşlı Edmon üçün kifayət qədər uyğundur. O, öz rolunun öhdəsindən layiqincə gəlir, amma məncə, ssenari və templə bağlı problemlər onun potensialına mane olur. Filmin musiqiləri çox xoşuma gəldi. Məkan dizaynları, uzun kadrlar və kinematoqrafiya yüksək səviyyədədir. Fikrimcə, romanı oxumamısınızsa, bu filmə baxıb böyük həzz ala bilərsiniz. Amma kitabsevərlər axtardıqları möhtəşəm əsəri bu filmdə tapa bilməyəcəklər. Şəxsən mənim heç bir gözləntim olmadığı üçün zaldan məmnun ayrıldım. Əlqərəz, bu günlərdə maraqlı nəsə izləmək istəyirsinizsə, bu filmə şans verə bilərsiniz. Unutmayın ki, gözləntilər bədbəxtlik gətirir.

Other posts

Süni intellekt hər kəs üçün əlçatan olmayacaq!

Süni intellekt hər kəs üçün əl

  • 17 Views
  • 27.05.2026
  • 4 min read
AI – gələcəyin ən kritik istehsal silahı ...
Public
More
"Project Hail Mary" – soyuq kosmosda elm və iradənin möhtəşəm mübarizəsi

"Project Hail Mary" – soyuq ko

  • 148 Views
  • 25.03.2026
  • 3 min read
Rayan Qoslinqin təkadamlıq şousu ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2026 a BONPARA project. All rights reserved.