Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Zaur Bünyadzadə
  • Müasir marketinq dünyasında ustalıq nümunəsi
    Zaur Bünyadzadə
  • 356 Views
  • 02.02.2025
  • 2 min read

Müasir marketinq dünyasında ustalıq nümunəsi

"Formula 1"in dirçəlişi təsadüf deyil...

Müasir marketinq dünyasında ustalıq nümunəsi

2017-ci ildə “Formula 1” ölməkdə olan bir idman növü idi. Azarkeş kütləsi getdikcə yaşlanır, gənc nəsil bu idmana yetərincə maraq göstərmir, sosial media strategiyaları isə çox zəif təsir bağışlayırdı. "Formula 1"in gələcəyi qeyri-müəyyən görünürdü. Amma sonra "Netflix" səhnəyə çıxdı və hər şeyi dəyişdi. Cəmi 5 il ərzində "Formula 1"in azarkeş bazası 50 milyon nəfər artdı, "TikTok" və digər sosial media platformalarında trendə çevrildi. Bəs bu inanılmaz dönüş necə baş verdi?

 "Netflix" platformasının "Drive to Survive" serialı

"Formula 1" rəhbərliyi pərdəarxasıda baş verən hadisələri nümayiş etdirmək üçün "Netflix" ilə əməkdaşlıq edərək "Drive to Survive" serialını ərsəyə gətirdi. Əsl yarış həvəskarları onsuz da bu idmanı sevirdi. Amma mövzuya fransız qalan şəxslər üçün "Formula 1" sadəcə eyni yerdə dövrə vuraraq fırlanan maşınlardan ibarət idi. Onları cəlb etmək və auditoriyanı artırmaq üçün fərqli bir yanaşma tərzi tətbiq olunmağa başladı.

"Drive to Survive" serialı "Formula 1"in mətbəxində baş verən hadisələri, dramaları, komandalararası aqressiv rəqabəti və sürücülərin şəxsi hekayələrini geniş auditoriyaya çatdırdı. "Netflix"in bu layihəsi sayəsində "F1"in tamaşaçı kütləsi əhəmiyyətli dərəcədə genişləndi və gənc izləyicilər arasında populyarlıq qazandı.

"Netflix" bu idman növünü 56 ölkəyə təqdim etdi və müxtəlif yaş qruplarından izləyici kütləsi topladı. Ənənəvi avtoidman həvəskarlarından fərqli olaraq, yeni azarkeşlər təkcə yarışlara deyil, həm də komandaların daxilindəki dinamikalara, sürücülərin şəxsi həyatına ciddi şəkildə maraq göstərməyə başladılar. Ələlxüsus "Red Bull" – "Mercedes" arasındakı gərgin rəqabət, "Haas" komandasının maliyyə problemləri və "Ferrari"nin qeyri-stabil dövrlərini əhatə edən bir sıra məqamlar azarkeşləri ekran qarşısına cəlb etdi.

Azarkeşlərlə bağlı strategiyalar

 

Eksklüziv məzmun: Pərdəarxası videolar, sürücülərlə canlı sual-cavab sessiyaları və yarış simulyasiyaları izləyicilərə "F1" dünyasını daha yaxından kəşf etmək imkanı təqdim etdi. Bu, həm də azarkeşlərin komandalara və sürücülərə olan bağlılıqlarını artırdı.

İnteraktiv təcrübələr: "AR" filtrləri, "F1 Fantasy" liqası və azarkeşlərin səs verdikləri anketlər izləyicilərin yarışlara müəyyən mənada təsir etməsinə şərait yaratdı. Bu yanaşma tərzi həm sosial şəbəkələrdə, həm də ki, real həyatdakı rəqabət hissini alovlandırdı.

"Formula 1" hal-hazırda sosial media platformalarında 40 milyondan çox izləyici kütləsinə xitab edir. “F1”in böyüməsi və yenidən dirçəlməsi idman dünyasında marketinqin necə güclü bir alət ola biləcəyini göstərir. Bu, müasir marketinq dünyas üçün əsl ustalıq dərsidir.  

Other posts

“Weapons” – Stiven Kinq və Stenli Kubrikin izindən

“Weapons” – Stiven Kinq və Ste

  • 8 Views
  • 19.08.2025
  • 2 min read
Gərginlik, mistika və unikal referanslar... ...
Public
More
Hans Zimmer və "Kəpənək effekti"

Hans Zimmer və "Kəpənək effekt

  • 22 Views
  • 06.08.2025
  • 1 min read
Zamanı və məkanı aşa bilən yeganə şey sevgidir... ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.