Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Zaur Bünyadzadə
  • "IMAX" nədir, niyə lazımdır, yemək olarmı?
    Zaur Bünyadzadə
  • 582 Views
  • 11.11.2023
  • 2 min read

"IMAX" nədir, niyə lazımdır, yemək olarmı?

"IMAX" haqqında cızma-qara

"IMAX" nədir, niyə lazımdır, yemək olarmı?

Əvvəla onu qeyd edim ki, "IMAX" kinoteatrlarında filmə baxmaq tamamilə fərqli bir təcrübədir. Normal zallardakı ekranla müqayisədə aydınlıq, parlaqlıq və ölçü baxımından böyük fərqlər  var. Amma mahiyyətcə "IMAX" iki yerə bölünür; analoq (gerçək) "IMAX" və rəqəmsal "IMAX". Dünyada cəmi 30 ədəd gerçək "IMAX" kinoteatrı var. Əsl "IMAX" daha yüksək bilet qiyməti müqabilində daha yaxşı xidmət alternativi təklif edir.

Bunu bizə kim ürcah elədi?

“The Dark Knight” (2008) "IMAX" kameraları ilə çəkilmiş ilk Hollivud filmidir. Amma bu filmdə "IMAX" texnologiyasından qismən istifadə edilib. Məsələn, məşhur bank səhnəsi bu kameralara çəkilib. Nolan yeganə rejissordur ki, həm "IMAX" kinokameralarından istifadə edir, həm də filmlərini "IMAX" projektorları ilə kinoteatrlarda nümayiş etdirir. Ələlxüsus "Oppenheimer" filmi əsl "IMAX" adlandıracağımız 70 mm-lik analoq kameralarla çəkilmişdir. Amma məsələ ondadır ki, əsl "IMAX" yeni texnologiya deyil, əksinə, analoq kameralardan və lentlərdən istifadə edildiyi üçün köhnəlməkdə olan bir formatdır.

Hoqqabaz Nolan

Əsl "IMAX" filmləri 12K – 18K görüntü keyfiyyəti vəd edir. 70 millimetrlik neqativ kamera ilə çəkilənlər 35 millimetrlik standart plyonkadan 10 dəfə böyükdür və daha aydın görüntüyə malikdir. Bunun üçün xüsusi projektorlar tələb olunur. Dünyada bu  projektorlardan yalnız 48 ədəd var. Bu projektorlar 15 min vattlıq lampaları sayəsində nəhəng ekranı işıqlandırırlar. Ekrandakı filmlərin görüntü nisbəti 1,43:1 olur. Ortaya belə bir sual çıxır: Hansı hallarda filmlər əsl "IMAX" filmi hesab edilmir? Film rəqəmsal olaraq proyeksiya edilirsə, bu, əsl "IMAX" deyil. Əgər tamamilə rəqəmsal kameralarla çəkilibsə, əsl "IMAX" deyil. Ələlxüsus 1,43:1 aspekt nisbətini onun üçün uyğun olmayan ekrana proyeksiya etsəniz, yenə də əsl "IMAX" təcrübəsini əldə etməyəcəksiniz. Bir sözlə, əsl "IMAX" üçün həlledici amil kamera və aspekt nisbətidir.

Kasıbın "IMAX" sevgisi

Maraq üçün qeyd edim ki, "Dune" filmi kinoteatrlarda 1,43:1 nisbətində nümayiş olunmuşdur. Amma o film "IMAX" kameraları ilə çəkilməyib. Film rəqəmsal olaraq çəkilib və proyeksiya olunub. "IMAX" texnologiyasının daha "kasıb" versiyası “IMAX with Laser” adlanır. Bəzi kinoteatrlar 2K təsviri təmin edən 2 ədəd rəqəmsal projektordan istifadə edir. Xülasə, "IMAX" kinoteatrlarında ekran daha yaxın, daha böyük, görüntü daha parlaq və səs daha keyfiyyətli olur. 

Other posts

“Weapons” – Stiven Kinq və Stenli Kubrikin izindən

“Weapons” – Stiven Kinq və Ste

  • 47 Views
  • 19.08.2025
  • 2 min read
Gərginlik, mistika və unikal referanslar... ...
Public
More
Hans Zimmer və "Kəpənək effekti"

Hans Zimmer və "Kəpənək effekt

  • 63 Views
  • 06.08.2025
  • 1 min read
Zamanı və məkanı aşa bilən yeganə şey sevgidir... ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.