Bartl taksonomiyası və xarakter nəzəriyyəsi

Oyunçular nə istəyir?


685 baxış
20.01.2024
1 dəq oxuma

Həzərat, bu gün "Bartle's Taxonomy" haqqında danışmaq düşüb könlümə... "Bartl taksonomiyası" 1996-cı ildə Riçard Bartl tərəfindən yazılmış bir məqaləyə əsaslanır. Deməli, oyun həvəskarları oyunlarda üstünlük verdikləri hərəkətlərə görə aşağıdakı təsnifata bölünürlər:

1. 💀 "Killers" Qatillər

Onlar rəqabət etməyi, digər oyunçularla və ya sistemlə döyüşməyi ("PvP" və "PvE") sevən şəxslərdir. Hər nə qədər qəbul etməsələr də, bəziləri qismən "pay to win"ə meyilli və aqressiv olurlar.

2. 🏆 "Achievers" Mükafat ovçuları

Bu, oyunu tamamilə bitirməyi və bütün "achievement"ləri açmağı hədəfləyən ("Platinum Trophy" kolleksiyaçıları) oyunçu növüdür. İnternetin və sosial şəbəkələrin elə də aktiv olmadığı dövrlərdə oyun "bağlamaq" az qala "cool" bir şey sayılırdı, hələ də elədir? 🙂

3. 💬 "Socializers" Sosiallaşmağı sevənlər

Oyunlardan əsasən sosiallaşmaq üçün istifadə edirlər. Bu şəxslərin videooyun vərdişi digər insanlarla danışmaq, söhbət etmək məqsədi daşıyır. Onlar insanlarla qarşılıqlı əlaqəni və komanda işini sevirlər.

4. 🗺️ "Explorers" Səyyahlar

Bu şəxslər üçün oyunu bitirmək elə də vacib deyil, sadəcə maraqlı və əyləncəli vaxt keçirməyi sevir, ara-sıra "easter egg" ovuna çıxırlar. "Game Design"ın məqsədini ən yaxşı şəkildə dərk etmək potensialına malikdirlər. Onları "The Witcher 3"də və ya "RDR 2"də qəsəbə-qəsəbə, diyar-diyar gəzərkən görmək olar... 😉