Java 1990-cı illərin əvvəllərində Ceyms Qoslinq və onun komandası Sun Microsystems tərəfindən yaradılmış geniş istifadə olunan obyekt yönümlü bir proqramlaşdırma dilidir. Başlanğıcda Oak (“palıd”) adlandırılan bu dil Ceyms Qoslinq tərəfindən məişət cihazlarının proqramlaşdırılması üçün yaradılmışdır. Daha sonra bu ad Java ilə əvəz olundu. Java dilinin qaydaları və sintaksisi C və C++ dillərinə əsaslanır, belə ki, orada müəyyən dəyişikliklər edilərək və optimallaşdırılaraq, daha asan olması üçün Java yaradılmışdır. Java güclü, çeşitli və geniş istifadə olunan “Bir dəfə yaz, hər yerdə işlət” (WORA) fəlsəfəsi ilə tanınan bir proqramlaşdırma dilidir. Rəsmi olaraq 23 may 1995-ci ildə təqdim olunmuş, sonradan Oracle şirkəti tərəfindən alınmışdır.
Hal-hazırda da Java Oracle-a məxsusdur və 3 milyarddan çox cihaz Java ilə işləyir.
Java — Windows, Mac OS və UNIX-in fərqli versiyaları kimi müxtəlif platformalarda işləyir. Bu da Java developerlərə təkrar kompilyasiyaya ehtiyac olmadan birdən çox platformada icra oluna bilən vahid kod bazası yaratmağa imkan verir. Çünki java JVM(Java Virtual Machine) üzərində işləyir. Javada kodlamaq üçün JDK (Java Development Kit)-ə və JRE (Java Runtime Environment)-yə ehtiyac var.
Bəs JDK, JVM, JRE nədir?JDK (Java Development Kit): JDK, Java proqramlaşdırma dilində proqramların yazılması, kompilyasiya edilməsi, icrası üçün istifadə olunan bir proqram təminatı və alətidir. İçərisində Java proqramlaşdırma dilində istifadə olunan kompilyator, Java Virtual Machine (JVM), Java API-ləri (Application Programming Interface), debug alətləri və s. daxildir. JDK, Java proqramçılarına proqramlarını hazırlamaq və çalışdırmaq üçün lazım olan hər şeyi təmin edir. JDK tərkibində JVM,JRE və Compiler saxlayır.
JVM (Java Virtual Machine): JVM, Java proqramlarının platformdan asılı olmadan icra edilməsinə imkan yaradır. JVM C++ dili ilə hazırlanıb. Java proqramları, JVM vasitəsilə hər hansı bir əməliyyat sisteminə uyğun olaraq çalışdırıla bilər. Bu, Java’nın “ bir dəfə yaz, hər yerdə işlət” mesajını təmin edir. JVM, Java byte kodunu, proqramı CPU-nun və əməliyyat sisteminin başa düşə biləcəyi əmrlərə çevirir. Bu da Java proqramlarının müxtəlif platformalarda işləməsini təmin edir.
JRE (Java Runtime Environment): JRE, Java proqramlarının icra edilməsi üçün tələb olunan proqram təminatıdır. İstifadəçilərin Java proqramlarını icra etməsi üçün JRE-nin quraşdırılması lazımdır. Belə ki, bir Java programını işə saldığımızda, JRE lazım olan sinifləri ve digər kitabxanaları o program üçün lazım olan JVM ilə birləşdirir. JRE, ümumilikdə JVM-i və Java kitabxanalarını təmin edir.
Şəkildən də göründüyü kimi JDK içərisində JRE və JVM mövcuddur.
Bu dil, hal-hazırda istənilən növ şeyi yaratmaq üçün istifadə edilə bilər, məsələn, proseslərin avtomatlaşdırılması, mobil və ya masaüstü tətbiqlərin hazırlanması, veb tətbiqlərin inkişafı və s. Weka, Mallet və Deepleraning4j kimi kitabxanalardan istifadə edərək süni intellekt də yaratmaq mümkündür.
Hal-hazırda Google, Amazon, Facebook, Pinterest, Twitter, Netflix, Uber, Airbnb, Ebay kimi dünyaca məhşur şirkətlər Javadan istifadə edir.
İnstagram: @yusiffalili