Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Vusala Darziyeva
  • Barbie
    Vusala Darziyeva
  • 788 Views
  • 31.07.2023
  • 4 min read

Barbie

Barbie haqqında bilinməsi gərəkənlər :)

Barbie

Başlanğıcda gənc qızların özünə inamını aşağı salaraq qadın bədənini ideallaşdırdıqları ilə bağlı mübahisələr olsa da, Barbie istehsalçısı Mattel son illərdə bu qavrayışları məhv etmək üçün addımlar atıb.

Bir Ana tərəfindən kəşf edilmişdir.

Amerikalı oyuncaq istehsalçısı Mattel şirkətini rəhbəri və Barbie-nin yaradıcısı Ruth Handler, övladlarını izləyərkən qızı Barbaranın oynaya biləcəyi çox sayda oyuncaq olmadığının fərqinə varır. Bu müşahidə nəticəsində Mattel şirkəti 1959-cu ildə Barbie-ni dizayn edərək oyuncaq bazarına daxil etdi və bu trendin ilk addımları beləcə atıldı.

Balıq bürcü qadını

Ruth Handler Barbie-ni 9 mart 1959-cu ildə yaratdı. Bu o deməkdir ki, Barbie Balıq bürcüdür. Kuklanın çox sevilməsi, uşaqdan tutmuş sənətçilərə qədər bir çox insana ilham verməsi, dünya mədəniyyətində yer tutması çox uyğundur!

Tam adı Barbara Millicent Robert

Barbie-nin tam adı Barbara Millicent Robert-dir, onu yaradıcısı Ruth Handler-in qızının şərəfinə belə adlandırıb. Həmçinin Ruth-un digər övladının adı Kenneth-dir. Bəli, düz təxmin etdiniz! Ken personajı da Kenneth-in adını daşıyır. Beləliklə, bizim məşhur cütlüyü ilhamlandıran ikisi əslində bacı-qardaşdır.

Rebound münasibət

Biz onu hər zaman Ken ilə görməyə öyrəşsək də, Barbie-nin əslində başqa münasibətləri var idi. O, 2004-cü ildə Kendən ayrıldığı zaman avstraliyalı sörfçü Bleyn-ə aşiq olub. Bu münasibət iki il davam etdi və 2006-cı ildə Barbie və Ken yenidən bir araya gəldilər.

Geyindiyi paltarlar muzeydə sərgilənir

Barbie-nin geyindiyi hər paltar xüsusi və gözəldir… Lakin onun ilk paltarı olan qara və ağ zolaqlı çimərlik paltarı hazırda Smithsonian Milli Tarix Muzeyində nümayiş etdirilir.

Barbie sadəcə sarışın deyil

Barbie əvvəlcə həm sarışın, həm də qaraşın kimi istehsal edilmişdir. Amma sarışın gəlinciklər qaraşın gəlincikləri üstələyirdi. "Yeniyetmə Moda Modeli" olaraq satılan kuklalar ilk ildə təxminən 350.000 ədəd satıldı. 2009-cu ildə Barbinin 50 illik yubileyində bu satış 1 milyarddan çox olub. Statistikaya görə, dünyada hər üç saniyədə bir Barbie kuklası satılır.

200-dən çox peşə sahibidir

Həkim, astronavt, pilot, balerina… Barbie-nin 200-dən çox peşəsi var. Mattel-in müxtəlif peşələrdə istehsal etdiyi Barbie’lər uşaqları peşə seçimində ruhlandırmaqda davam edir.

Məşhur dizayneləri ilhamlandırır

1959-cu ildən bəri Barbie və onun dostları üçün 1 milyarddan çox geyim hazırlandığı düşünülür. Barbie, şübhəsiz ki, moda dünyası üçün simvolik bir addır! Barbie Yves Saint Laurent və Dior da daxil olmaqla 70-dən çox modelyer tərəfindən geyindirilib. 2009-cu ildə Nyu York Moda Həftəsində moda nümayişi üçün ilham mənbəyi oldu. 2014-cü ildə Jeremy Scott, Milan Moda Həftəsində Moschino moda nümayişində Barbiedən ilham almışdı.

Xüsusi Zərgərlik Kolleksiyası

Moda ikonası olmaqla yanaşı, Barbie həm də olduqca yaxşı zərgərlik kolleksiyasına malikdir. 2010-cu ildə Stefano Canturi "Stefani Barbie" adını verərək Barbie üçün 302.500 dollar dəyərində zinət əşyaları hazırladı. Zümrüdlə kəsilmiş Avstraliya çəhrayı brilyantlarından hazırlanmış boyunbağının parıldayan daşlarına heyran olmamaq mümkün deyil!

Ən çox satılan oyuncaqlardan biridir

Hər üç saniyədə bir Barbie kuklasının satıldığını desək, təəccüblənərdinizmi? Mattel, 150 müxtəlif ölkədə təxminən 150 milyon illik satış rəqəmlərinə çatır. 2000-ci illərdə Bratz şirkətinin bazara girməsi ilə şirkət satışlarında 20% azalma görünsə də, Barbie hələ də zirvədədir və tarixin ən çox satılan oyuncaqlarından biridir.

Həyatı haqqında kitablar seriyası var

Barbie oyuncaq sənayesində kitab seriyası olan yeganə oyuncaqdır. 1962-ci ildə Britaniyanın Random House nəşriyyatı tərəfindən nəşr olunan kitab seriyasında Barbie, Ken və onların dostlarından bəhs edilir. Kitab seriyasına kukla kimi buraxılmayan valideynləri George və Margaret’in də adları daxildir.

Malibu’da həqiqətən bir evi var

Barbie-nin Malibu-da Sakit Okeana baxan heyrətamiz mənzərəsi olan evi var. "Barbie's Dreamhouse" adlı real evdə; Hobbi otağından şəxsi kinoteatra, sonsuzluq hovuzundan açıq havada meditasiya sahəsinə qədər bir çox sahə var. 2019-cu ildə Barbie-nin 60 illik yubileyi üçün Airbnb-də 60 dollara kirayə verilən ev Barbie pərəstişkarlarının böyük marağına səbəb olub.

Barbie üçün xüsusi bədii film

İndiyə qədər bir çox layihənin baş aktrisası olan Barbie indi "Barbie" adlı filmi ilə böyük ekranlardadır. Margot Robbie-nin Barbie, Ryan Gosling-in Ken rolunu canlandırdığı film, Barbie diyarından qovulan və bir anda özünü real dünyada tapan Barbie-nin macəra və əyləncə dolu hekayəsindən bəhs edir.

Other posts

Dörd Fəsil Qadınlar; Alphonse Mucha

Dörd Fəsil Qadınlar; Alphonse

  • 498 Views
  • 21.11.2023
  • 4 min read
Art Nouveau hərəkatının məşhur lideri və dekorativ sənətlər üçün rəsmlər, reklamlar, illüstrasiyalar və dizaynlar hazırlayan məhsuldar rəssam. ...
Public
More
BMW

BMW

  • 667 Views
  • 31.07.2023
  • 4 min read
Kinolarda rol alan əfsanəvi BMW avtomobilləri ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.