Salam, əziz kofe.al dəstəkçilərim.Əminəm ki, hər biriniz yeni bir xarici dili öyrənməklə bağlı dəfələrlə videolar izləmisiniz, bloglar oxumusunuz.
Bəs nə dərəcədə sizlərə faydası olub?
İzlədiyiniz videolardakı məsləhətlərə əməl etmisinizmi?
Bugün sizlərlə alman dili öyrəndiyim müddət ərzində qazandığım təcrübələri paylaşacam.Tibb Universitetinə qəbul olan əksər gəncin ilk arzusu alman dilini öyrənib, gələcək kariyerasını Almaniyada davam etdirmək istəyi olur. Mən də 2017-ci ildə bu yola addım atdım. Fəqət, bu yol heç də mənim üçün asan olmadı. Təxminən 5 ilə yaxındır ki, alman dili ilə məşğul oluram. İlk başladığım müddətdə reklamlardan gördüyüm kurslara güvəndim və A1 səviyyəsindən ele o kurslardan birində hazırlıq keçməyə başladım. Bu kurs sadəcə 3 ay çəkdi, çünki sadəcə qrammatik qaydalar keçib, tapşırıqları oxuyurduq. Sonra uzun bir fasilə verib, başqa bir müəllimlə yenidən kursa başladım, tək fərq A2 səviyyəsindən. Bu dəfə vaxt problemim olduğu üçün, özüm kursa ara verməli oldum. Və nəhayət 2020-ci ildə Covid 19 pandemiyasına görə işimlə bağlı alman dili öyrənmək fəaliyyətimi dayandırdım. Sonuncu dəfə qarşıma məqsəd qoyub, 2022-ci ildə yenidən bu yola davam etməyə başladım. Yenə də çətinliklərim oldu,lakin bu dəfə bacardım. Sonunda istədiyim, razı qaldığım müəllimi tapdım və 2022- ci ildə beynəlxalq Goethe C1 dil sertifikatını aldım.
Bəs bu dəfəki yol digərlərindən nə ilə fərqlənirdi?Dil öyrənən zaman disiplinli bir insan deyiləm, dəstək almağım mütləq zəruridir.
Bu dəfə mən dil öyrənmədim,dili mənimsəməyə çalışdım. Qrammatik qaydalara görə yox, dinləyərək, ünsiyyət quraraq dili öyrənməyə çalışdım. Sosial şəbəkələrdə çoxlu alman dilli xarici blog səhifələrini izləməyə başladım, danışıq fəaliyyətimi yaxşılaşdırmaq üçün mənimlə birlikdə alman dili öyrənən dostlarımla diskussiyalar etdim. İmitasiya etməyə başladım, bir alman kimi düşünməyə başladım və s. Hər bir yeni dil öyrənən şəxslərə,həmkarlarıma məsləhət görürəm ki, fərq etməz, istər alman dili, istərsə də ingilis və yaxud ispan, bir dili öyrənən zaman özünüzə güvənin, məqsədiniz olsun. -Məqsədiniz səyahət etmək, təhsil almaq və yaxud sadəcə həmin dildə professional bacarıqlara sahib olmaq üçün beynəlxalq dil sertifikatı almaq olsun.-Çoxlu musiqilər, podkastlar dinləyin, ama maraq dairənizə uyğun. Uzun podkastları tövsiyyə etmirəm. 10-15 dəqiqəlik videolar yetərlidir. -Dost çevrənizi genişləndirin, çoxlu mövzular haqqında danışın, müzakirələr, debatlar edin. Və unutmayın ki, bir dili öyrənmək üçün daima yeni informasiyalardan yararlanmalısız,özünüzü inkişaf etdirməlisiniz.Ümid edirəm, bu postum hər biriniz üçün faydalı olar. Dəstəyiniz üçün təşəkkürlər.