Mükəmməl bir UX, məmnun və xoşbəxt istifadəçilər qazanmağa yol açır və nəticə etibarilə bizneslərə fayda verir. Doğrusu, bir düyməni (button) dəyişdirərək, bir saytın illik gəlirinin 300 milyon dollar artdığını təsəvvür etmək biraz çətindir. Amma bu datalara əsaslanaraq edilibsə heç də çətin deyil 😉
Budur, həmin kiçik hekayə:Bir e-ticarət saytı, müştərilərinin alış-veriş səbətlərini tərk etmə nisbətlərinin yüksək olduğunu görür. Müştərilər bəyəndikləri məhsulları səbətə atıb ödəniş etmək istəyərkən, onlara sadə bir Qeydiyyat və ya Daxil ol formu, yəni 2 input (Email, Şifrə), 2 düymə (Qeydiyyat və ya Daxil ol), və bir link (Şifrəmi unutdum) göstəriləndə alış-veriş səbətlərini tərk edirdilər.
Şirkətin daxili komandası güman edirdi ki, istifadəçilərin bir dəfə hesab yaradacaqları və daha sonra təkrar informasiya daxil etməyəcəkləri üçün sonrakı satışlarda ödəmə əməliyyatını sürətləndirməyin bir yolu olaraq qeydiyyat formu qoymaq daha ideal olacaq. Ancaq istifadəyə yararlılıq (Usability) testlərinin nəticələri, ilk dəfə saytı istifadə edənlərin qeydiyyatdan keçməkdən nifrət etdiyini və saytı tərk etdiklərini göstərdi. Müştərilər sadəcə ödəniş əməliyyatlarını tamamlamaq istəyirlər və onlar marketinq e-poçtları üçün uzunmüddətli hədəf halına gəlmək istəmirlər.
Davamlı və ya təkrar müştərilər də ümumiyyətlə şəxsi məlumatlarını xatırlamadıqları üçün formla bağlı problem yaşayırdı. Saytın data bazasını analiz edib bütün müştərilərin %45-nin sistemdə birdən çox, bəzilərinin isə 10-a qədər qeydiyyatı olduğunu görürlər. Ayrıca, gündə təxminən 160 000 istifadəçi şifrəsini yeniləmək üçün Şifrəmi unutdum linkinə klik edirdi. Şifrələrini sıfırlamaq istəyən müştərilərin 75%-i qeydiyyat üçün istifadə etdikləri e-poçt ünvanını tam olaraq xatırlamadıqlarından dolayı ödəniş əməliyyatını heç vaxt tamamlamırdılar.
UX dizaynerlər problemi sadə yolla həll etdilər. Qeydiyyat və Daxil ol'u götürüb, əvəzinə “Qonaq kimi davam et” düyməsi qoydular 😂. Əlavə olaraq, "Saytımızda alış-veriş etmək üçün hesab yaratmağınıza ehtiyac yoxdur. Ödəmə əməliyyatını davam etmək üçün Qonaq kimi davam et'ə klikləməyiniz kifayətdir. Gələcəkdə ödənişi daha sürətli etmək üçün hesab yarada bilərsiniz" deyə bir izahedici mətn də yerləşdirdilər.
Nəticə etibarilə ilk ay gəlir 15 milyon dollar, illik isə 300 milyon dollar artdı və ödəniş edən müştərilərin sayı isə %45 artdı.
Heç vaxt ehtimallara əsaslanaraq qərar verməyin. Datalara və araşdırmalara hər zaman güvənin.