
Qapqara saçları yerə səpələnmişdi,
boğazında ip izləri yox,səssizliyin səsi vardı.
Küfr kimi susurdu bədəni,amma ruhu — azad idi.
Qışqırırdılar.
Qohum-əqrəba, qonum-qonşu,
sanki gecikmiş səhnənin saxta aktyorlarıydılar.
Kəmərlə təhsil sevincini döyən ata da ağlayırdı –
Yox, övlad üçün yox,əlindən çıxan gəlir üçün.
Varlı yeznə gözəldir axı,həyatları “nə deyərlər”lə ölçülənlərə.
Qardaş?
Soyuqqanlı baxışlarla meyidin yanından keçirdi,bir az qəm, bir az şou,
əslində fikri yasa gələn qızlarda idi.
Qurbanını gözləyirdi, çünki evlərində kişi olmaq –
güc tətbiq etməklə qarışdırılmışdı.
Ana?
Onu hər dil açanda susduran o deyildimi?
İndi isə öz-özünə “kaş” deyəna mma heç nə dəyişməyən bir susqun idi.
Yox, bu qız ölmədi.
O, sağlığında ölmüşdü.
İndi isə – özünü torpağa yox,
zəncirlərindən azadlığa tapşırdı.
Səssiz getdi,amma hayqırtısı qaldı bu torpaqda –
hər “qız uşağısan, otur yerində”də,
hər “atam deyir olmaz”da,
hər “ağzını yığ”da.
Qurtuldu.
Bəlkə də ilk dəfə istədiyi bir şeyi etdi –
17 yaşında öz seçimini.