Videokitablar kimlər üçündür?

Mütaliəsizlik bir çox sahələrdə özünü birbaşa biruzə verməsə də, dolayı yolla hiss olunur. Valideynlik, ailə və uşaq mövzusunda məlumatsızlıq isə....


18 baxış
15.09.2026
1 dəq oxuma

Minlərlə insan obyektiv və ya subyektiv səbəblərdən kitab oxuya bilmir. Mütaliəsizlik bir çox sahələrdə özünü birbaşa biruzə verməsə də, dolayı yolla hiss olunur. Valideynlik, ailə və uşaq mövzusunda məlumatsızlıq isə hiss olunanda nələrisə dəyişmək ya çox gec, ya da çox çətin olur.

Bu baxımdan Valideyn Kitabxanası adlandırdığım layihə hər bir valideynin oxumalı olduğu 10 kitabın videoicmallarından ibarətdir. Bir növ videokitabxana kimi düşünün.

Təbii ki, kitabları hər kəs özü oxusa, nə yaxşı!

Amma hər biri ortalama 200 səhifəlik 10 kitabı oxumaq mütaliə vərdişi və ya vaxtı olmayan adamın aylar, bəlkə də illərlə zamanını alır. Bu müddətdə isə artıq uşaqlar böyüyür və iş-işdən keçmiş olur. 

Ona görə də bu videokitabxananı əldə etməklə hər bir kitab haqqında 10-15 dəqiqəlik videolarla tanış olmaq və əsas yerləri mənimsəmək mümkündür.

Uzun müddət kitab oxumayan insanlarda həm də oxuduqlarını yadda saxlamaq, anlamaqla bağlı da çətinliklər olur. Bu videolarda kitabların əsas və ən faydalı yerləri vurğulanır, şərh olunur.

Videoları əldə etmək istəyənlər kofe.al platforması üzərindən 20 AZN ianə etməklə teleqram kanalımıza qoşula bilərlər. Videoları istədiyiniz vaxt, istədiyiniz qədər izləyə biləcəksiniz.

İanə edərkən mesaj yerində Valideyn Kitabxanası yazın, ad və soyadınızı qeyd edin.

Daha sonra +994557256641 nömrəsinə (teleqram) yazın, sizi Valideyn Kitabxanasına əlavə edim.📚