Valideyn Kitab Klubu kimlər üçündür?

Kluba üzv olmaq üçün valideyn olmaq şərt deyil. Subay olanlar, ailə quran, amma hələ valideyn olmayanlar da qoşula bilər.


29 baxış
16.09.2026
1 dəq oxuma

Valideyn olduqdan sonra həyatımızda bir çox dəyişikliklər olur. Yeni vərdişlər və rutinlər qazandığımız kimi, bir çox vərdişlərimizi, hobbilərimizi də itiririk. 

Ən tez itirdiklərimizdən biri də kitab oxumaq - mütaliə vərdişidir. Klubun yaranma məqsədi ailə, valideynlik, uşaq psixologiyası mövzusunda kitablar oxumaqla mütaliə vərdişini yenidən yaratmaq və daha təcrübəli valideyn olmaqdır.

2025-ci ilin iyulunda fəaliyyətə başlayan klubda valideynlərlə birlikdə hər ay 1 kitab müzakirə etmişik. 

Kluba üzv olmaq üçün valideyn olmaq şərt deyil. Subay olanlar, ailə quran, amma hələ valideyn olmayanlar da qoşula bilər. Əsas məqsəd eyni dəyərləri və dərdləri paylaşan insanlarla bir yerə toplaşıb kitab müzakirəsində iştirak etmək və bir-birimizin təcrübələrindən faydalanmaqdır.

Hər ayın əvvəli 1 kitab elan edilir və həmin ayın son həftəsi kitabın müzakirəsi baş tutur. Müzakirələrdə bəzən müəlliflər, psixoloqlar və özəl qonaqlar da iştirak edir.

Valideyn Kitab Klubunun ciddiyətini və önəmini hər kəsin hiss etməsi üçün illik abunə haqqı hazırda 10₼ dəyərindədir. 

10 manat ödəməklə 1 illik müzakirələrdə iştirak haqqı qazanırsınız. Həmçinin klub üzvləri müzakirə olunacaq kitabları “Litera” mağazasından 20% güzəştlə əldə edə bilirlər.

Valideyn Kitab Klubuna qoşulmaq üçün sosial şəbəkələr vasitəsilə mənə yaza və ya klubun instaqram səhifəsinə müraciət edə bilərsiniz.