RJ CMS öz hostinqinizə quraşdırdığınız, məlumatlarınıza tam sahib olduğunuz müasir CMS-dir. Laravel 12 üzərində qurulub və izolə edilmiş plagin və tema sistemi ilə genişləndirilir. Layihənin arxasında RJ Nexus təşkilatı durur, müəllifi Ruhid Javadovdur və MIT lisenziyası ilə açıq mənbə kimi paylanır.
RJBuilder Elementor tipli vizual səhifə qurucusudur. 60-dan çox hazır vidcet, drag-and-drop, responsiv idarəetmə və dinamik teqlər təklif edir. Kod bilmədən səhifələri vizual şəkildə düzəltmək mümkündür.
Sistemdə AI mühərriki daxildir: məzmun yaratma, HTML strukturunu qoruyan toplu tərcümə və avtomatik SEO audit. Admin paneldə Ctrl+K ilə AI qlobal axtarış da var.
RJ CMS 47 dili dəstəkləyir. Hər dil üçün ayrıca URL (məsələn, /en/about və /az/haqqimizda) yaradılır, ərəb, kürd kimi dillərdə isə sağdan-sola yazı avtomatik tətbiq olunur. Azərbaycan dili də siyahıdadır.
Sistem iki səviyyəli keşləmə ilə gəlir:
Bundan əlavə WebP optimallaşdırması, lazy loading və Vite ilə sürətli asset yığımı mövcuddur.
Plaginlər və temalar bir-birindən tam izolə olunub, hər birinin öz route, view və miqrasiyaları var. Hazır tema və plaginlər rəsmi kataloqdan əldə edilə bilər.
Quraşdırma koda toxunmadan, brauzer vasitəsilə edilir və istənilən shared hosting və ya VPS-də işləyir:
Laravel 12, PHP 8.2, MySQL, Blade, Tailwind CSS v3, Alpine.js və Vite. AI hissəsi OpenRouter və Free AI Proxy üzərində işləyir.
CMS-İ ENDİRMƏK ÜÇÜN BURA TOXUNUN!
YOUTUBE VIDEOLARI ÜÇÜN BURA TOXUN!
Əlaqə: [email protected]
Sayt: rjnexus.org
Github: github.com/rj-nexus