Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Hüseyn Qəhrəmanov
  • Üzüm suyu
    Hüseyn Qəhrəmanov
  • 292 Views
  • 18.09.2024
  • 2 min read

Üzüm suyu

Təfəkkür nədir?  Subyektin obyekt üzərində fikir mübadiləsi aparması. Loru dildə desək, bir şəxsin hansısa bir əşya, hadisə, mövcudat üzərində düşünməsi. Nyutonu örnək verək: Cazibə qanununu necə kəşf etdi?

Üzüm suyu

Təfəkkür nədir? 

Subyektin obyekt üzərində fikir mübadiləsi aparması. Loru dildə desək, bir şəxsin hansısa bir əşya, hadisə, mövcudat üzərində düşünməsi.  Nyutonu örnək verək: Cazibə qanununu necə kəşf etdi? 

-    Təfəkkürlə.

Nyuton (subyekt) almanı (obyekti) müşahidə edib, təfəkkür etdi. Yaxud da biz dostumuzun bizə etdiyi xəyanət üzərində təfəkkür edir, bu xəyanəti sorğulayırıq. Bəs təfəkkürün özünə xas tərəfləri var? Məsələn, təfəkkürlə nəyisə dəyişmək olar? Məncə, hə. Bunun üçün düzgün yanaşma və düzgün müqayisə gərəklidir. Məsələn, az pulu olan insan, ümumiyyətlə, pulu olmayan insana nəzərən daha yaxşı vəziyyətdədir. Ağlıma belə bir fikir gəldi:

“Cəhənnəmi azacıq da olsa, Cənnətə bənzətmək üçün hərarətin soyuqdan daha yaxşı olduğunu düşünmək kifayətdir”.

Əslində, yaxşı və pisi yaradan nə insanlardır, nə fəlsəfə, nə də din. “Yaxşı və pis”-i yaradan sadəcə və sadəcə təfəkkürdür. 

İnsan düşündükcə fərqinə varır ki, bəzi şeylər onun üçün yaxşıdır, bəzi şeylər isə pis. Elə düşünməyin köməyi ilə biz qərarlar qəbul edir, bizim üçün yaxşı olduğunu düşündüyümüz şeylərə üstünlük veririk. 

Xəstə insanın məcburiyyət qarşısında acı dərman içməsi təfəkkürlə baş verir. İnsan sağalmalı olduğunu bilir və bu səbəbdən acı dərmanı könüllü surətdə içir.

Əsgərliyə gəldiyim gündən burda olan bütün qida məhsullarını qəbul edirəm. Yəni, evdə ikən yeyə bilmədiyim yeməkləri burda könüllü olaraq, öz istəyimlə (zorla da olsa) yeyirəm. 

Və bu qidaların arasında ən dözülməzi üzüm suyudur. Ən dadsız içki üzüm suyudur. Hətta içəndə adamın ürəyi bulanır. Əsgər yoldaşlarım içmir, ancaq mən içirəm. Özümü məcbur edib içirəm. Bəs bu necə baş verir? Çox sadə. Mən üzüm suyunun (cəhənnəmin) vitaminini (hərarətini) xəstəlikdən, vitaminsizlikdən (soyuqdan) üstün tutub öz sağlamlığımı (cənnətimi) yaradıram. Bəsit dildə desək, vitamindir deyə içirəm, istəmədiyim təqdirdə.

Düzgün yanaşma və düzgün müqayisə həyatda hər qapını açır.

Son…

 

Qəhrəmanov Hüseyn

Əlaqə: 0708663812

İnstagram: qahramanov.huseyn

Other posts

Döyüldüm

Döyüldüm

  • 153 Views
  • 18.03.2025
  • 8 min read
Qorxurdum ki, titrədiyimi görsələr, qorxduğumu düşünərlər. Ancaq mən niyə titrədiyimi bilirəm. Orda yaranan ani təhlükə qarşısında bədənim həyatda qal ...
Public
More
Ağsaqqal

Ağsaqqal

  • 226 Views
  • 22.02.2025
  • 9 min read
Nərmin bütün bunları eşidirdi. Birdən dərk etdi ki, onun həyatı əllərindən alınmaq üzrədir. Son şansı bu idi. Cəld qonaq otağına keçib “İstəmirəm!” qı ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.