Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Hüseyn Qəhrəmanov
  • Ali təhsillilər
    Hüseyn Qəhrəmanov
  • 307 Views
  • 23.09.2024
  • 3 min read

Ali təhsillilər

Oxuyun, bala, oxuyun.

Ali təhsillilər

Ceyhun babasına yaxınlaşıb marağını çəkən sualı verdi:

-Baba, sənin əsgərlik xatirələrin var?

-Əlbəttə, var. Ancaq əsgərliyin mənə öyrətdiyi vacib bir şey var. Hər şeydən əvvəl bunu sənə öyrətmək istəyirəm.

-Baba, yenə "oxuyun, bala, oxuyun" deyəcəksən?! Səninlə də söhbət etmək olmure. Nə desəm, deyirsən ki, "oxuyun, bala, oxuyun", yəni təhsil, təhsil, yenə də təhsil. 

-Eh, bala, eh. Sən nə biləsən?! Mən o vaxt gənc idim. Hələ baş açmırdım. Dostlarım əsgər gedirdi, mən isə təhsil alırdım. Onlar əsgərliyi çəkir, gəlir və mənə deyirdilər ki, sənin bəxtin gətirib. Niyəsini soruşanda isə deyirdilər ki, sən ali təhsillisən. İyul ayında əsgərliyə gedənlərin çoxu ali təhsillilər olur. Buna görə də əsgərlik rahat keçir. Həm də ki, əsgərliyə 18 yaşında yox, böyüyüb 22, 23 yaşında gedirsən. Elə bu özü böyük bir şeydir. 

-Baba, nə danışırsan sən? Heç elə şey olar?! Axı, atalar da deyib, ağıl yaşda deyil, başdadır. Mən inanmıram ki, yaş əhəmiyyət daşısın. 

-Bala, mən də əsgərliyə gedənə kimi elə bilirdim. Gedəndən sonra gördüm ki, elə deyilmiş. Bax, mən danışım, sən qulaq as. Biz əsgərliyə gedəndə hamımız ali təhsilli idi. Cəmi 4 nəfərin təhsili yox idi. Sən təsəvvür et ki, bizim başımızda komandirə ehtiyac yox idi. Biz özümüz özümüzü idarə edirdik. Komandirin işi olanda biz özümüzə komandir olurduq. Aramızdan biri komanda verir, bizi idarə edirdi. Biz də ona hörmət edirdik. Təmizlik işi olanda hamımız irəli atılırdıq. Növbə ilə işi görürdük. Düzüləndə sıranı özümüz səliqə-səhmana salırdıq. Sıra addımını özümüz özümüzə öyrədirdik. Bir də sırada kimsə danışanda sakitlik yaradıb onu susdururduq. 

-Susdururduz? Niyə ki? 

-Hər şeydən əvvəl sıraya, sıranın önündə duran şəxsə hörmətsizlikdir. Bir də ki, komandirimiz deyirdi ki, bu sıradan şəhidlər çıxıb, ona görə sıra müqəddəsdir. Onlar bunu deyəndə mənim şəhid dostum yadıma düşürdü və qəmlənirdim. Buna görə sıra mənim üçün, həqiqətən, müqaəddəsdir. Bir də ki, səs gəldikcə komandirlər cəzalandırırdı. Heç kəsə bu lazım deyildi. Ona görə özümüz qayda-qanun yaradırdıq. Bax, belə. Biz əsgərlikdə ali təhsillilər adlanırdıq. Həmçinin, seçilirdik. 

Ceyhunun yadına nəsə düşdü və üzünü çevirib öz otağına istiqamət aldı. Babasının danışdıqları barəsində "əşşi" deyib keçdi.

                                                                                                                          Son

Qəhrəmanov Hüseyn

Əlaqə: 0708663812

İnstagram: qahramanov.huseyn

Other posts

Döyüldüm

Döyüldüm

  • 153 Views
  • 18.03.2025
  • 8 min read
Qorxurdum ki, titrədiyimi görsələr, qorxduğumu düşünərlər. Ancaq mən niyə titrədiyimi bilirəm. Orda yaranan ani təhlükə qarşısında bədənim həyatda qal ...
Public
More
Ağsaqqal

Ağsaqqal

  • 226 Views
  • 22.02.2025
  • 9 min read
Nərmin bütün bunları eşidirdi. Birdən dərk etdi ki, onun həyatı əllərindən alınmaq üzrədir. Son şansı bu idi. Cəld qonaq otağına keçib “İstəmirəm!” qı ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.