Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Hüseyn Qəhrəmanov
  • 50 dodaq
    Hüseyn Qəhrəmanov
  • 321 Views
  • 26.09.2024
  • 3 min read

50 dodaq

Olduğunuz şəraitə uyğun davranmağı bacarın!

50 dodaq

Bəzən dostlarımız gündəlik həyatından, problemlərindən və s. danışanda biz ona belə bir cümlə qururuq: 

"Sənə həyat çətindi ee!"

Dərindən düşünəndə fərqinə varmaq olur ki, əslində, həyat 100 nəfərdən 100-nə də çətindir. Hər insanın kaprizi həyatını ona çətin edir. Hətta bu kaprizlər ölümlə belə nəticələnə bilir. Ancaq düşdüyümüz şərait heç də həmişə bizimlə uyğunlaşmır. "Naz çəkmək" mövzu-bəhs olduqda hər zaman həyat qalib çıxır. Həyat "naz çəkməyi" özünə "padlo" bilir. Ancaq onun nazı çəkilməlidir. Ancaq onun istədiyi olmalıdır. 

Mən əsgərliyə gəlməmiş bu mövzuda həyatla dirəşmişdim. Məğlub oldum. Ardınca təslim oldum. "Əşşi, cəhənnəmə" dedim və həyat necə istədisə, mən də elə davrandım. Bu həm xoşbəxtlik, həm də bədbəxtlik gətirdi. 

İlk dəfə dənizə getməyim hələ də yadımdadır. Xatırlayanda gözümün önündə canlanır suya doğru necə qaçdığım. Tək deyildim. Bir avtobus getmişdik və ən yaxın, həmçinin uşaqlıq dostlarımdan biri olan İlkin də yanında idi. Ən çox görmək istədiyim şey olan dənizin ilk dəfəsini İlkinlə yaşadım və bu an zehnimə əbədi həkk oldu. İndi həmin dəniz mənim üçün necə də adiləşib. İnsanlara maraqlı gələn yeni şeylərin "maraq ömrü" elə də uzun çəkmir. Hər şey qısa bir zamanda adiləşir. Dəniz də belə bir taleyə, adiləşməyə məhkum olmuşdu. Minlərlə insanın axın etdiyi dəniz. Minlərlə dodağın dəydiyi dəniz. Maraqlıdır. İnsanoğlunu narahat etmirmi bu vəziyyət? Narahat etməlidirmi? Məncə, xeyr. Ancaq yenə də insanlar titiz davranır. Bunun yeganə səbəbi qorxudur. Qorxu həyatımızın ən dəyərli hisslərindən biridir. Çünki biz həyatda tutur. Lakin artığı zərərlidir. Həmçinin olduğumuz şərait bizdən "etmək istəmədiyiniz şeyi" etməyi tələb edə bilər. Bu halda sadəcə şəraitin tələblərini yerinə yetirmədik deyə istənilən məsələ də geri qala bilərik. 

50 dodağın dəydiyi suqabıdan və ya butulkadan su içərsiz? Şərait bunu tələb edir. 

Geyiminizin üzərinə ləkə düşsə, sabah gün həmin geyimi geyinərsiniz? Şərait bunu tələb edir. Anasının su n içdiyi stəkandan su içməyə iyrənən oğlan əsgərlikdə nə edir, görəsən? 

Əlini ota, toza, yerə və s. vurmağa iyrənən oğlan əsgərlikdə nə edir, görəsən? 

Qısacası, kaprizi olan, titiz oğlanlar əsgərlikdə nə edir, görəsən? 

Tanıdığım biri var idi. Köynəyi yerə düşdü deyə dünyası başına yıxıldı. Biz o köynəklə sürünürük, sonra da heç nə olmamış kimi davam edirik. Nəysə.

Bəzən 50 dodağın dəydiyi bardaqdan su içməliyik. Olduğunuz şəraitə uyğun davranmağı bacarın! 

                                                                                                                                         Son.

Qəhrəmanov Hüseyn

Əlaqə: 0708663812

İnstagram: qahramanov.huseyn

 

Other posts

Döyüldüm

Döyüldüm

  • 153 Views
  • 18.03.2025
  • 8 min read
Qorxurdum ki, titrədiyimi görsələr, qorxduğumu düşünərlər. Ancaq mən niyə titrədiyimi bilirəm. Orda yaranan ani təhlükə qarşısında bədənim həyatda qal ...
Public
More
Ağsaqqal

Ağsaqqal

  • 225 Views
  • 22.02.2025
  • 9 min read
Nərmin bütün bunları eşidirdi. Birdən dərk etdi ki, onun həyatı əllərindən alınmaq üzrədir. Son şansı bu idi. Cəld qonaq otağına keçib “İstəmirəm!” qı ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.