Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Münasib Niftalıyev
  • Yin & Yang
    Münasib Niftalıyev
  • 41 Views
  • 04.03.2026
  • 1 min read

Yin & Yang

İşıq varsa, hardasa kölgə də olmalıdır. Uğur qazanmaq üçün, hardasa uğursuzluğu da dadmaq lazımdır. İstənilən yaxşı bir şeyin ortaya çıxması üçün mütləq onun kökündə yaxşı olmayan nəsə olmalıdır. Ulduzları görə bilməyimiz üçün gərək ki, gecə düşsün. İstənilən bir məfhum dəyər qazanması üçün əksi olan məfhumdan asılıdır. Necə ki, şirini dərk etməyimiz üçün acını dadmalı, xoşbəxtliyin dəyərini anlamaq üçün kədəri yaşamalıyıq.

Yin & Yang

Qədim Çin fəlsəfəsinə görə Yin və Yang kainatın bir-birinə zidd, amma birini tamamlayan qüvvələrdən ibarət olduğunu bildirən anlayışlardır. Yin mənfi nəsnələri və qaranlığı özündə ehtiva edir, Yang isə bunun əksinə müsbət nəsnələri və işığı ifadə edir. Hər birimiz Taijitu simvolu ilə tanışıq, ən azından Kung Fu Panda animasiya filmində görmüşük. Taijitu simvolundakı S-şəkilli xətt Yin və Yang'ın sabit olmadığını, daim bir-birinə çevrildiyini göstərir. Həmçinin simvola baxarkən orda qara hissənin içində ağ nöqtə, ağ rəngli hissənin içində isə qara nöqtə də görürük. Bu onu bildirir ki, heç nə mütləq deyil. Heç nə mütləq şəkildə, əksi olmadan mövcud ola bilməz. Mütləq qara və ya ağ ya da mütləq qaranlıq və ya işıq yoxdur. Hər bir şeyin daxilində onun öz əksindən bir parça var. Deməli, biz həmişə həyatımızda Yin və Yang'ın balansını saxlamalıyıq. Çünki, yaxşı hesab etdiyimiz şeylər də ifrat dərəcədə olanda ziyan vurur. Nə Yin tərəfə, nə də Yang tərəfə həddindən artıq meyil etmək pis nəticələrə gətirib çıxarır. Həyatımızda onların doğru tarazlığını müəyyən edib, o tarazlığı saxlamalıyıq.

Other posts

Daimonla söhbət

Daimonla söhbət

  • 22 Views
  • 12.04.2026
  • 5 min read
— Niyə yazırsan? Sual elə səsləndi ki, sanki ilk dəfə deyil verilirdi. Əslində bu sual ilk dəfə verilmirdi, sadəcə mən ilk dəfə eşidirdim. — Çünki d ...
Public
More
Xəritə ərazi deyil

Xəritə ərazi deyil

  • 21 Views
  • 12.04.2026
  • 3 min read
Yaşadığımız müddətcə biz hər səhər oyanır və bu dünyadakı həyatımıza davam edirik. İş yerinə gedir, oxuyur, danışır və bu hərəkətlərin tamamilə həqiqi ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2026 a BONPARA project. All rights reserved.