Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Münasib Niftalıyev
  • Keçmişin Kölgəsində Böyümək
    Münasib Niftalıyev
  • 14 Views
  • 04.07.2026
  • 4 min read

Keçmişin Kölgəsində Böyümək

Uşaqlıq illəri insanın gələcək həyatının, xarakterinin və dünyanı qavrama tərzinin təməlinin qoyulduğu dövrdür. Bu təməl nə qədər möhkəm və sevgi dolu olarsa, şəxsiyyət də bir o qədər sağlam formalaşır. Lakin bəzən həmin təmələ elə dərindən zərbələr dəyir ki, insan böyüdükcə həmin çatlar bərpası çətin olan izlərə çevrilir. Uşaqlıq travmaları dediyimiz bu qorxular, rədd edilmələr, fiziki və ya mənəvi basqılar, yetkinlik dövründə fərdin münasibətlərində, qərarlarında və hətta gündəlik reaksiyalarında özünü büruzə verir. İnsan keçmişin ağrılarını unudur bəzən, amma bədəni və şüuraltı o ağrıları heç vaxt silmir. Sadəcə onları gizlətməyə çalışır.

Keçmişin Kölgəsində Böyümək

Travmanın gələcəyə təsir etmə mexanizmini anlamaq üçün şüuraltının iş prinsipini bilmək lazımdır. Uşaq yaşlarında yaşanan hər hansı bir sarsıntı, insan psixikasında "dünya təhlükəlidir" və ya "mən sevilməyə layiq deyiləm" kimi inanclar yaradır. Məsələn, uşaqkən valideynləri tərəfindən davamlı olaraq tənqid edilən və heç bir uğuru bəyənilməyən bir fərd böyüyəndə ifrat perfeksionist (hər şeyin mükəmməl olmasını istəyən) birinə çevrilə bilər. O, hər kəsin rəğbətini qazanmaq, heç kimdən tənqid eşitməmək üçün özünü paralayır. Yaxud da tam əksinə, uğursuzluq qorxusundan heç bir işə başlaya bilməyən, özünə inamı sıfırlanmış bir yetkin olur.

Ən çox diqqətimi çəkən şeylərdən biri isə travmaya qarşı bədənin və şüurun inkişaf etdirdiyi müdafiə mexanizmləridir. İnsan ağrını və qorxunu birbaşa qəbul edə bilməyəndə, psixika özünü qorumaq üçün qalxanlar yaradır. Bu qalxanlar ilk baxışda şəxsi qoruyurmuş kimi görünsə də, uzunmüddətli perspektivdə tamamilə anormal, gözlənilməz və bəzən cəmiyyət tərəfindən yad baxılacaq nəticələrə yol açır. Şüuraltı sadəcə bir şey düşünür: "Bir də heç vaxt həmin ağrını yaşamayacağam və bunun üçün nə lazımdırsa edəcəyəm." Bu müdafiə bəzən insanın yönəlimlərini, nifrət və sevgi obyektlərini, bütöv bir həyat tərzini kökündən dəyişə bilər.

Bu anormal reaksiyaların arxasında dayanan məntiqi anlamaq üçün konkret misallara baxmaq olar. Təsəvvür edin ki, bir gənc qız uşaqlıqdan və ya yeniyetməlikdən etibarən ətrafındakı kişilərin, oğlanların ifrat, bəzən təcavüzkar və boğucu marağına, psixoloji basqısına məruz qalır. Bu manipulyativ, sərhəd tanımayan diqqət onun şüuraltında "kişi cinsi təhlükədir, incidir və azadlığımı əlimdən alır" kodu ilə qeyd olunur. O, kişilərə qarşı dərin bir nifrət inkişaf etdirir və öz təhlükəsizliyini, sevgisini, şəfqətini tamamilə fərqli bir tərəfdə - öz cinsi arasında axtarmağa başlayır, yəni homoseksual (lezbi) yönəlimə yönəlir. Bu, onun seçimi deyil. Bu, şüuraltının kişi fiqurlarından qaçmaq üçün qurduğu qalxandır.

Başqa bir misal çəksək, uşaqkən fiziki və mənəvi şiddət görən, hər an döyülmək qorxusu ilə böyüyən bir oğlan uşağı böyüdükdə amansız bir zorbaya çevrilə bilər. Çünki onun beyni belə öyrənib: "Əgər sən zəif olsan, səni əzəcəklər. Əzilmək istəmirsənsə, birinci sən vurmalısan." Cəmiyyət bu insanı sadəcə "təcavüzkar" və ya "cinayətkar" kimi damğalayır, lakin onun daxilindəki həmin qorxmuş, titrəyən uşağı və onun çarəsiz müdafiə mexanizmini görmür. İnsanlar öz daxili boşluqlarını və yaralarını gizlətmək üçün ən kəskin, ən anormal yollara əl ata bilərlər.

İnsanları, onların qəribə görünən davranışlarını, fərqli yönəlimlərini və ya aqressiyalarını kənardan baxıb mühakimə etmək, pisləmək və ya acılamaq ən asan, eyni zamanda ən faydasız yoldur. Heç kim durduğu yerdə, normal şəraitdə özünü cəmiyyətdən təcrid edəcək və ya daxili ziddiyyət yaradacaq yollara sapmır. Hər bir "anormal" reaksiyanın arxasında böyük bir qorxu və travmadan qorunma cəhdi dayanır. Bizim etməli olduğumuz şey daş atmaq deyil, empatiya qurmaqdır. O insanın keçmişində hansı qaranlıq tunellərdən keçdiyini, şüuraltının onu qorumaq üçün necə bir müdafiə divarı hördüyünü anlamağa çalışmalıyıq.

Cəmiyyət olaraq yaralı insanlara nifrətlə deyil, şəfqətlə və onları başa düşmək arzusu ilə yaxınlaşdıqda, bəlkə də onların o qalxanlarını yavaş-yavaş yerə qoymalarına və uşaqlıq travmalarını sağaltmalarına kömək edə bilərik.

Other posts

Sənətin Kor Nöqtəsi

Sənətin Kor Nöqtəsi

  • 13 Views
  • 04.07.2026
  • 3 min read
Həmişə elə düşünürük ki, qadınların empatiya hissinin, yəni qarşısındakını anlamaq bacarığının biz kişilərdən daha güclü olması sadəcə bioloji bir məs ...
Public
More
Ruhların Simbiyozu

Ruhların Simbiyozu

  • 92 Views
  • 23.05.2026
  • 2 min read
Bazı insanlar hayatımıza bir ilişki gibi girmez. Onlar, ruhumuzun kendi karanlığından kaçıp sığındığı gizli bir evrene dönüşür. Özellikle gençliğin o ...
Public
More

© 2026 BONPARA MMC. Bütün hüquqlar qorunur.

  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik