Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Maya Zeynalova
  • Həvəsim yoxdur
    Maya Zeynalova
  • 268 Views
  • 14.08.2023
  • 3 min read

Həvəsim yoxdur

Bir işə başlarkən onu uğurla yekunlaşdırmaq üçün mütləq şəkildə motivasiya gərəklidir. Bu dil öyrənərkən də ən vacib faktorlardan sayılır. “Dilim yatqın deyil”, “Yeterincə zaman ayıra bilmirəm”, “Söz çoxdur, yadımda qalmır”- bunlar həmişə müəllimlik təcrübəmdə rastlaşdığım insanların ingilis dili öyrənə bilməmə səbəbləri olub. Bu səbəblər səndən də yan keçməyibsə o zaman bu blog tam sənlikdir.

Həvəsim yoxdur

 Yaxşı bəs yetişkin insanlar olaraq işimiz, dərsimiz, şəxsi həyatımız bu qədər ön plandaykən, ingilis dili öyrənmək üçün özümüzü necə motivasiya edək?

Proqramlaşdır!

İlk öncə özün üçün bir cədvəl, program (schedule) yarat və edəcəklərinizi qruplaşdır. Məsələn, həftənin sənin üçün daha rahat gününü dil öyrənməyə ayır. Əgər sənin iş, dərs və s. yükün tutaqki üçüncü və altıncı gün daha azdırsa həmin günlər aktiv dərslə məşğul ola bilərsən.                                    

Özünü məcbur etmə!

Lakin, heç vaxt bunu məcburiyyət halına gətirmə. Əgər həmin günlərdən birində dərs oxumaq üçün uyğun əhvalda deyilsəniz sadəcə sizə yaxşı gələcək bir işlə məşğul ola bilərsiniz. Mən bu kimi hallarda adətən sakit bir yerdə kitab oxumağa üstünlük  verirəm. Düşünürəmki hər kəsin öz meditasiya yöntəmi olmalıdır.

Birlikdə öyrən! 

Müxtəlif sosial platformalarda ingilis dili ilə bağlı sizə uyğun qruplara qoşula bilər, ya da məhz özünüz o qrupu yarada bilərsəniniz. Çalışki üzv sayı çox olmayan qruplara üstünlük verəsən. Beləliklə siz birlikdə müxtəlif “challenge”lər vasitəsiylə daha yaxşı öyrənə bilərsiniz.

Özünü heç vaxt müqayisə etmə!

  Nəzərə alsaqki hər kəsin beyninin dil öyrənməklə bağlı götürümü fərdidir, o zaman əsla bu mövzuda özünü heç kəslə müqayisə eləmə. Bəlkə bu proses səndə daha yavaş gedəcək, lakin, heç alınmayacaq deyə bir şey yoxdur. Bir sözlə unutmaki bu gün “Advanced” səviyyədə olan biri bir vaxtlar sənin keçdiyin yollarla ora gəlibdir.

Səhv etməkdən qorxma, özünə dost tap!

 Həmişə mükəmməl ola bilməzsən. 

Bəzən səhv etməklə nəyəsə nail ola bilərik. Lakin, təəssüfki dil öyrənənlərin çoxu danışarkən səhv etməkdən qorxduğu üçün bu prosesi ləngitmiş olurlar.   Ona görə də, əgər real həyatda mütəmadi ingiliscə danışmaq şansın yoxdursa, müxtəlif tətbiqlərdən, sosial platformalardan istifadə edərək özünə “conversation” dostu tapa bilərsən.

 Yuxarıda da qeyd etdiyim kimi danışarkən səhv edə biləsən. Bu çox təbii haldır. Etiraf edək ki, biz öz dilmizdə belə mükəmməl danışmırıq. Heç “native speaker”lər də səhvsiz deyil. Bəs onda nə edirik? Durmadan danışaraq mükəmməl nəticə edəcəksən və danışarkən  səhv etsən belə səni anlayacaqlar. Be cool 😊

Özünü mükafatlandır!

   Kim sevməzki mükafatlandırılmağı, hədiyyə almağı? Bunu niyə başqasından gözləyək ki? Əgər sən bu gün çox çalışıb xeyli yol qət etmisənsə ingilis dili öyrənərkən o zaman dadlı bir kofe, dondurma, dostlarınla görüş və s. haqqındır. Bu sənin motivasiyanı daha da yüksəldib, çətin sandığın işi asanlaşdıracaq.

İngilis dili öyrənərkən özünüzü başqa bir mükafatlandırma yolu da mümkün qədər ingilis dilli ölkələrə səyahət etməkdir.

Hələlik motivasiya barədə bu qədər. Marağınıza səbəb olarsa növbəti yazılarımda bu mövzuya yenidən qayıdacağam.

Hələlik motivasiya barədə bu qədər. Marağınıza səbəb olarsa növbəti yazılarımda bu mövzuya yenidən qayıdacağam.

 

 

  

 

Other posts

kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.