Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Lalə Osmanova
  • "Your Next 5 Moves" kitabı
    Lalə Osmanova
  • 161 Views
  • 14.01.2025
  • 2 min read

"Your Next 5 Moves" kitabı

Oxumalı olduğunuz 60 kitabdan biri

"Your Next 5 Moves" kitabı

Linkedİn-də qarşıma oxumalı olduğunuz 60 kitab deyə bir paylaşım çıxdı. Artıq ikinci il olar ki, o postu save edib, kitablardan heç birinin oxumağa cəhd etmirdim. Səbəbi, siyahımda o qədər oxunacaq kitablar var ki, heç onlara baxmağa vaxtım yoxdur. 

Siyahıdan artıq bir neçə kitabı oxuduğumun fərqinə varanda, çox sevindim. 

“Atomic Habits” kitabı da məsləhət olunanlar sırasında idi, və mən onu artıq oxumuşam. Səhifəmdə kitaba həsr olunmuş yazıma nəzər sala bilərsiniz:

https://kofe.al/lalashares/posts/gnahkar-siz-deyilsiniz-sistemdir

Siyahıdan “The Subtle Art of Not Giving a F*ck” kitabını da oxumuşam. Əslində, çox boş məsələlərə görə beynimizi yorduğumuzdan bəhs edir, qısacası. Həmin oxuduğum müddətdə kitabın faydasını gördüm, lakin overthinking-lə tamamilə vidalaşdım deyə bilmərəm. Ona görə, belə kitabları bir müddət sonra yenidən oxumağın daha faydalı olacağını düşünürəm.

İndi gələk siyahıdan oxumağa başladığım həmin o kitaba. 

“Your Next 5 Moves” kitabıdır. Müəllif bildirir ki, bir işi görməzdən əvvəl ən azı 5 addım irəli düşünməyi bacarın. Bizim mentalitetə görə, qabaqcadan nəyisə çox düşünüb, planlasan, işini tərs gedər. Lakin həqiqətən uğur qazanan insanlar məhz bu strategiya ilə hərəkət edənlərdir. 

Bir işə başlamaq istəyirsən? Çox gözəl. Otur, düşün, gör bu işin mənfiləri, müsbətləri nələrdir. Səni bu yolda nə kimi xoş və naxoş suprizlər gözləyir? Nələrlə qarşılaşa bilərsən? 

Biznes qurmaq üçün daimi maaş aldığın bir şirkətdən ayrılmaq şərt deyil. Hələ ki, saxlayacağın bir ailə, ödəyəcəyin borclar varsa. Biznesin üçün vaxt ayırmağa başla. Məsələn, həftə içi iki gün axşamları, işdən sonra öz vaxtını xəyallarına həsr et. 

Danılmazdır ki, əziyyət çəkməsək, bəhrəsini görə bilmərik. 

 

 

Other posts

Arabika və robusta: hansı daha yaxşıdır?

Arabika və robusta: hansı daha

  • 19 Views
  • 28.04.2025
  • 3 min read
Biz mövcud olan 125 növ qəhvədən cəmi 2-dən istifadə edirik. Və günü-gündən artan məlumata əsasən, əslində 300-dək qəhvə növü olduğu deyilir. ...
Public
More
Niyə köpəkbalığı delfinlərdən qorxur?

Niyə köpəkbalığı delfinlərdən

  • 129 Views
  • 03.04.2025
  • 1 min read
Güclü olmaq qalib olmaq anlamına gəlmir. Təbiətdə isə bu cür nümunələr çoxdur. ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.