Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Coşqun Kərimov
  • Təyyarənin Apardığı Yer
    Coşqun Kərimov
  • 407 Views
  • 17.04.2024
  • 6 min read

Təyyarənin Apardığı Yer

Sadəcə bir gün doğma insana çevrilməyə bəs edirmi? Sadəcə bir təcrübə sizi bir-birinizə həyatınızın sonuna kimi bağlamağa kifayət edirmi?

Təyyarənin Apardığı Yer

Sadəcə bir gün doğma insana çevrilməyə bəs edirmi? Sadəcə bir təcrübə sizi bir-birinizə həyatınızın sonuna kimi bağlamağa kifayət edirmi? Həyatımızda elə insanlar var ki, sevindiyimiz, böyük bir təcrübə yaşadığımız keçmişin nəfəs alan parçalarıdır. İnsanın özündən daha çox onun həmin günə bağlayan cəhəti dəyər daşıyır. İllər keçsə də həmin gün birgə yaşadıqlarınızı özünüzlə həyatınızın sonuna kimi daşımış olursunuz. 2002-ci ilə qayıtmalıyam. İlk dəfədir ki, göyün yeddinci qatındayam. Yanımda Nailə, Elvin, Natella, Reyhan var. Onlarla birgə kabində oturmuşuq. Yerimizi rahlamağa çalışırıq. Xüsusi geyimdə olan, hündürboy, daim təbəssüm edən stuardessalara baxırıq. Hələ də inana bilmirik. Yaşadığımız evləri tərk etmişik. Beşimiz də bu gecəni yatmayıb. Qarşıda bizi üç silsiləli uçuş gözləyir. Həyatında heç uçmamış insan üçün adrenalin dolu 17-19 saat deməkdir. Bu havada olmalı olduğumuz müddətdir. Bir də tranzit kimi enəcəyimiz şəhərlər var. Üzümüz gülür. Bir-birimizə baxıb danışırıq. Danışmağa çalışırıq. Görməmiş uşaqlar kimiyik. Kresloları oynadırıq. Qulaqcıqları yoxlayırıq. Ətrafda olan sərnişinlərə baxırıq. Hamı yerdən qopma anını gözləyir. Mədələrimizin içində boşluq yaranır. Təyyarənin pəncərəsindən kənarda şəhərin maili şəkil aldığını görürük. Şəhər balacalaşır. Binalar nöqtələrə çevrilir. Nöqtələr gözdən itir. Ağ buludları görürük. Həyəcan doluyuq. Qarşıda bizi hava axınları gözləyir. Kapitanın sakitləşdirən səsi hər şey əla olacaq deyir. Nailə və Elvinlə daha rahat dil tapıram. Reyhan və Natellaya isinmək üçün vaxt tələb olunur. Çantamı qurcalayıram. İçindən atamın mənə yazdığı məktub çıxır. Çaşqınlıq və həvəs içində oxuyuram. Təyyarədən enmək və atamın yanına getmək istəyirəm. Gecdir. Kişi nələr yazıb?! Kişi sevir! Elə mən də onu sevirəm! Məktubu oxuduğumu görən uşaqlar mənə müvəqqəti dəymir. Bitirib məktubu çantama qoyuram. Çantamda armudu stəkan dəsti var. Hədiyyə aparıram. Amerika insanı bu armudu stəkanda çay içməlidir. Türk Hava Yolları bizi İstanbula gətirir. Boğaza tərəf eniş edirik. Tarixin və müasir dövrün qucaqlaşdığı şəhər bizi bağrına basır. Limanda 4 saat gözləməliyik. Limanda itməməliyik. Birlikdə hərəkət edirik. Tağım kimi işləyirik. Hamının ortaq görüş yeri var. Dadmaq üçün pulsuz şəkildə qoyulmuş lokumun yanından keçirəm. Bəyəfəndi sözünü eşidən kimi lokumdan dadıram. Dadı xoşuma gəlir. Həmin yerə bir də qayıdıb dadmağa davam edirəm. Bu dəfə bəyəfəndi sözünü eşidəndə dayanmalı olduğumu anlayıram. Burger King və üstündən dondurma. Hər şeyi qatıb qarışdırırıq. Hisslərimizi anlamırıq. Ancaq onları dayanmadan yaşayıb üst-üstə yığmağa çalışırıq. İkinci uçuş başlayır. Bu dəfə illərin təcrübəli sərnişini kimi oturmuşuq. Bu dəfə nisbətən sakitik. Yolumuz Çikaqoyadır. Uzun yoldur. Airbus bizim sərəncama verilib. Xidmət göstərən komanda bizə çox mehriban davranır. Oturacaqların arxasında ekran var. Filmlər gəlsin. Vaxt təyyarəyə qoşulub uçmağa başlayır. Qolfstrim axını turbulent vəziyyət yaradır. Gecə yatmış sərnişinlər ani təşvişə düşür. Həyat və ölüm arasında get-gəl yaşanır. Okeanın ortasına düşüb sağ qalsan, akulalara yem olmaq var. Bir də səliqəylə yığdığın çamadana hayfın gəlir. Orada olan hər şey ev deməkdir. Orada universitetə hazırlaşmaq üçün kitablar da qoymusan. Üzünə bir də baxmayacağın kitablar. Kasetlərin var. Xışıldayan musiqi evinin səsi deməkdir. Bütün dünya bizim evimiz deyilmi? Bunu öyrənmək üçün yola çıxmışıq. Nailə və Elvin evlərindən və ailələrindən danışır. Onlar danışdıqca yaxınlaşırıq. Pəncərədən O’Hare Hava Limanı görünür. Nəhəngdir. Qatarlarla terminallara getməliyik. Azmamalıyıq. Növbəti təyyarəyə çatmaq üçün qaçırıq. Öyrənirik ki, çamadanlarımız bizimlə getmək əvəzinə Nyu-Yorka getməyə hazırlaşır. Reyhan liman rəsmilərinə dil-ağız edir. Onunla Natella uçuşa çata bilmir. Elvinə və Nailəyə sağol deməliyəm. Hərəmizi ayrı təyyarə gözləyir. Yolum Denverədir. Tanımadığım bir qadınla yan-yana otururam. Mənə baxıb gülümsəyir. Uşağıyammış kimi nəvaziş göstərməyə çalışır. Anam hiss edər deyə çox da yaxınlıq vermirəm. Ana yaman məxluqdur. İl ərzində bir dəfə pis xəstələndim. “Xalan yuxuda görüb, de görək nə olub?” zəngini almışam. 3 saatdan sonra bədənimdə olan yorğunluq mitilimi götürüb təyyarədən çıxmaq istəyir. Gömrükdə olan ciddi işçilər qəribə adımla bəzənmiş pasportuma baxır. Suallar gəlir. Dövlət imtahanından keçirəm. Budur orada Ceff və Styuart dayanıb. Əllərində böyük bir plakat var. “Denverə xoş gəlmisən Coşqun” deyir. Yorğunluq və həyəcan əllərimdən tutub onların yanına aparır. Qarşıda bizi birgə keçirəcəyimiz bir il gözləyir. İlk vegetarian zarafatına məruz qaldığım gecə, məktəbimlə tanışlıq, yeni qonşular, breakdance macəralarım, milli parklar, uzun yollar, bir baqaj dolusu xatirələr gözləyir.Hər ay uşaqlarla zəngləşib bir-birimizin vəziyyətini öyrənirik. İllər sonra Bakı küçələrindən birində Elvini, daha sonra Natellanı görürəm. Qulağıma uçuşumuzun anonsu gəlir. Pəncərə olmasa da şəhər maili vəziyyət alır. 

Other posts

Two Pieces of Magnet

Two Pieces of Magnet

  • 5 Views
  • 05.06.2025
  • 4 min read
Tolstoy says that one needs to leave or arrive at a city in order to create a compelling story. But I notice that one girl and one boy is all it takes ...
Public
More
Qırmızı kitaba düşən cütlük və bahalı restoranın cırıldayan qapısı

Qırmızı kitaba düşən cütlük və

  • 27 Views
  • 29.05.2025
  • 6 min read
Ona baxıb düşünürdüm ki, mən bu qadının 19, 29 və 39 yaşını görə bilmişəm. Həyatımda 3 fərqli qadın kimi peyda olub. Birinci gün gördüyüm insan dəyişi ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.