Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Coşqun Kərimov
  • Təlimçilər üçün qeyd
    Coşqun Kərimov
  • 9 Views
  • 25.05.2026
  • 1 min read

Təlimçilər üçün qeyd

Təlim və təlimçilik ideyasının mahiyyətini anlamaq zaman alır. Kimdəsə bu zaman 3 il çəkir kimdəsə bir ömür gecikmə yaşanır. Ümid edirəm ki, bu qeydim sizi 3 illik qrupa daxil edər.

Təlimçilər üçün qeyd

Təlimçi olmaq istəyənlərin ən çox vaxt itirdiyi hissə "öyrətməklə" bağlıdır.

Onlar təlimçiliyi müəllimliklə qarışdıraraq elə hey nəyisə öyrətməyə çalışırlar. Bu sahədə edilə biləcək ən gözəl şey, şəxsi təcrübəsində öyrənə bilmək üçün iştirakçıya şərait yaratmaqdır. Elena Sidorenko bunu çox yaxşı bacarırdı. Az danışırdı. Demək olar ki, ümumi təlim vaxtının 70%-də bizi müşahidə edirdi. Qrup tapşırığından əvvəl bir cürə düşünürdük amma tapşırıq bitən zaman təmiz fərqli fikirlərlə üz-üzə qalırdıq.

Elena xanım 30% lik müddətini maksimal istifadə edərək ömürlük toxunuşlar edirdi. Üstündən illər keçib və yüzlərlə təlim etmiş biri kimi deyə bilərəm ki, həqiqətən də insanlara nə isə öyrətmək mümkün deyil. Amma özləri öyrənə biləcəkləri vəziyyəti yaratmaq çox şeyi dəyişir.

Bu şəkli mənə göndərən köhnə rəhbərlərimdən biri olan Firəngiz xanıma xüsusi təşəkkür düşür. Həmin masterklasda iştirak etmək bu sahədə özüm üçün bir istiqamət müəyyən etməyə çox kömək etmişdi. Orada olduğum müddətdə bu işin axırına çıxacam demişdim. Qərarımın üstündən 14 il keçib. İş mənim axırıma çıxıb deyərdim. 🙂

Nəzərə alsaq ki, masterklas Ukraynada idi və iştirakçıların hamısı rus dilində danışırdı bu mənim üçün 3 qat çətin məsələ olmuşdu. Rus dilini çox yaxşı anlayıb, bu dildə onlarla kitab oxusam da danışmaq hissəsi heç vaxt sinəmə düşməyib. Bu dildə danışanlarla hər zaman ingilis dilində danışmışam. Amma bu 3 günlük görüşdə qızışıb tam sürət danışmaq qərarına gəldim. Görüşlərdən sağ çıxdım. Amma əsas baqajım təcrübələrlə öyrəndiyim həqiqətlər oldu.

Other posts

Necə başlayaq ki, maraqlı olsun?

Necə başlayaq ki, maraqlı olsu

  • 47 Views
  • 20.05.2026
  • 2 min read
Hekayənin içindən çıxmağın bir yolu var. Onun sonuna qədər getməlisən. WeStart layihəsinin iştirakçıları ilə birgə 4 saatlıq görüşdə oldum. Natiqlik ...
Public
More
Sakit Şənbə Günüm

Sakit Şənbə Günüm

  • 119 Views
  • 03.05.2026
  • 5 min read
Bildiyim odur ki, mən də bir yol gedirəm. Hərdən elə gəlir ki, tək gedirəm. Hərdən onun səsi eşidilir. Halıma gülürmü, yanırmı deyə bilmərəm. Amma ona ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2026 a BONPARA project. All rights reserved.