"Qanında Təslim Olmaq Olmayan Adam"

İndi onun haqqında düşünən insanlar üçün ilham mənbəyidir. Və hər zaman da belə qalacaq...


10 baxış
04.08.2026
1 dəq oxuma

"Yaxşı işim və maaşım var amma ürəyimdə bir istək var..."
Hər gün bu cümləni deyən milyonlarla insan üçün güclü bir dilemma var. 
Pul yoxsa məna? (Mənalı pul da ola bilər.)
Stabil iş yoxsa mənalı iş? (Ürəktutması yoxsa ürəyin həyəcandan döyünməsi)
Bunu səsli şəkildə deməsələr də ürəklərində həmin həyatı yaşamaq arzusu var. Həmin həyat ki, sənin özünə aiddir. Missiyası, mənası, dəyəri və hekayəsi var.
Hər insana belə yaşamaq nəsib olmur. Nims belə biri idi. 
Onun sənədli filmini nə qədər insana məsləhət görmüşəm bir Allah bilir. 
Bu məsləhəti verəndə onlara dağı fəth edən insanın düşüncə tərzini və inam gücünü ötürmək istəyirdim. 
Nims deyirdi ki, qanında təslim olmaq kimi bir xüsusiyyət yoxdur. Şəxsən mən də ondan sonra nəşriyyat işində və kitablarımla bağlı böyük xəyallar qurmaqla yanaşı, plan qurmağı və soyuqqanlı şəkildə hədəfə getməyi təkmilləşdirdim. Buz kimi "yerli müəllifsiz Azərbaycan kitabının dağları" məni qorxutmadı. Əksinə həvəslə addımladım o tərəflərə. 
Daim irəli deyirdi. Bu da onun 43 illik yolunun sonu oldu. 
Bəli, 90 illik sakit bir həyat da yaşaya bilərdi. Pensiyasını da yeyə bilərdi. Amma o həyatını özü bildiyi kimi yaşamağı üstün bildi. 43 illik ömrünə yüzlərlə həyat hekayəsi sığdırmağa nail oldu. 
İndi onun haqqında düşünən insanlar üçün ilham mənbəyidir. 
Və hər zaman da belə qalacaq...
Zirvədə!