Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Coşqun Kərimov
  • Kokoro Fəlsəfəsi nədir?
    Coşqun Kərimov
  • 71 Views
  • 16.02.2026
  • 1 min read

Kokoro Fəlsəfəsi nədir?

Döyüşdə kokoro olmasa texnikanın bir mənası qalmır. Münasibətlərdə kokoro olmasa sevginin mənası qalmır. Yazılarda kokoro olmasa cümlələrin mənası qalmır. Kitablarım, qeydlərim və fikirlərim məni Olqrenə bənzədir. Cerri ilə başlayan yol Olqren ilə davam etməlidir.

Kokoro Fəlsəfəsi nədir?

Kokoro anlayışı nədir?

10 il əvvəl kitabım üçün ad axtaran zaman Tom Kruzun filmlərindən biri məni xilas etdi. İdman agenti işləyən Cerri və onun idmançısı olan Tidvel ilə birgə KVAN yaşadım. Sonra bu hissi minlərlə oxucum yaşamış oldu.

Tomun başqa bir filmi də var ki, mənim üçün xüsusi bir yerə malikdir. Bu hekayə axırıncı samuray olan Katsumotodan bəhs edir. Katsumoto növünün (sədaqət, dürüstlük, mərdlik) sonuncu nümunəsidir. Onun döyüşçülərini son bir döyüş gözləyir. Yuxusunu qarışdırmış samuray yuxuda bir pələng görür. Bu pələng ona göndərilmiş bir işarədir. Bu işarəni Olqren adlı zabitin tutduğu bayraqda görən Katsumoto üçün hər şey aydın olur. Olqreni kəndinə aparıb orada saxlamaq qərarına gəlir. Bu zabit sadə bir insan deyil. Onun ruhu döyüşlərdən aldığı yaralarla doludur. Hər zərbə sonuncu ola bilər. Amma Olqren nə üçün döyüşdüyünü tam şəkildə anlaya bilmir.

Yapon kəndinə əsir kimi gətirilmiş Neyten Olqren içində yaşadığı kəndə və insanlarına valeh olur. Onun kəndin insanları haqqında olan təsvirlərində zaman durur. Kənd sakitdir və sülh içindədir. Hər kəs öz işi ilə məşğuldur və hərkəs öz işini “kokoro” səviyyəsində edir. (Həmin işə canını qoyur.)

Bu can bizim bildiyimiz canlardan fərqli olaraq başın,ürəyin, ruhun vəhdətinin yaratdığı candır.

Samuraylar Olqrenə dolğun şəkildə yaşamağı öyrədir və o nəhayət ki, bir döyüşçü kimi öz kokoro anını yaşayır.

Düşünürəm ki, bu 10 il və 11 kitab mənim “kokoro” anlarımın toplusudur. Yazılarıma ürəyimi, başımı və ruhumu vermişəm.

Bu yazılardan canımın qoxusu gəlir.

Yaponlar nə deyir?

Döyüşdə kokoro olmasa texnikanın bir mənası qalmır.

Münasibətlərdə kokoro olmasa sevginin mənası qalmır.

Yazılarda kokoro olmasa cümlələrin mənası qalmır. 

 

Other posts

Dream About A Behemoth

Dream About A Behemoth

  • 99 Views
  • 24.01.2026
  • 8 min read
Just like in “Into the Wild” story, I find myself in the midst of Alaska inside the forgotten bus and a never-ending flow of thoughts. That young man ...
Public
More
Hamının Arzuladığı Hissin 10 yaşı olur!

Hamının Arzuladığı Hissin 10 y

  • 62 Views
  • 23.01.2026
  • 1 min read
KVAN şəxsi inkişaf kitabından daha çox şəxsi təcrübə hekayəsidir. Elə bir hekayə ki, bir çoxumuzun başına gəlib, gələ bilər. Amma biz bir çox şeyi det ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2026 a BONPARA project. All rights reserved.