Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Coşqun Kərimov
  • Kofe adamı vs Çay adamı
    Coşqun Kərimov
  • 31 Views
  • 18.06.2025
  • 4 min read

Kofe adamı vs Çay adamı

Çayı və kofeni sevən insanlar arasında xasiyyət fərqləri müşahidə etmişəm. Sanki çay içənlər həyatda daha az ilə qane olmağı və ya xoşbəst olmağı bacarır. Kofe içənlər isə daha çoxunu, yenisini və heç vaxt olmayacaq bir şeyi istəyir.

Kofe adamı vs Çay adamı

Çayı və kofeni sevən insanlar arasında xasiyyət fərqləri müşahidə etmişəm. Sanki çay içənlər həyatda daha az ilə qane olmağı və ya xoşbəst olmağı bacarır. Kofe içənlər isə daha çoxunu, yenisini və heç vaxt olmayacaq bir şeyi istəyir. Ədəbiyyat çayı dünyanın sonuna antidot kimi görür. Hətta olum və ya ölüm məsələsində Çexovun məşhur sitatı yada düşür:

"Necə gözəl bir gündür. Heç bilmirəm çay içim yoxsa özümə qəsd edim?"

Kofe haqqında sitatlara baxanda nə tapmaq olar? Şeytan və ya gecə kimi qara. Həyat kimi acı. Təsvirdən göründüyü kimi kofe içənlərdə realizm daha çoxdur. Romantika ilə özünü aldatmayırlar. Bunları nə üçün yazıram? Həyatımızda izah olunmayan işlərin siyahısına bu yazını da əlavə etmək üçün yazıram.

Mən seçimimi çoxdan etmişəm. Mənim işim çayladır. Onu sevirəm. İçirəm. Kofe ilə münasibətimi heç cürə qura bilməmişəm. 2002-ci ildə Denverdə Startbucks şöbəsinə yaxınlaşanda baristalar öz aralarında məni göstərib "yenə də çayla muffin və ya su istəyəcək" deyirdilər. Gəlib orada kofe içənlərin içində oturub muffinimlə çayımı gillədirdim. Üstündən illər keçdi və vip müştəri/tələbələrimlə kofe evlərində görüşməyə başladım. Bir seçim etməliydim. Həyat kimi qara olan və zəhər dadan kofe boğazımdan keçmirdi. Karamel və macciato dedim. Azmaz viraj dönməyə kömək edirdi. Üstündə qaymaq da olurdu. Həyat belədir. Zəhərin üstündə qaymaq lazımdır. O vaxt dəbdə olan bütün kofe evlərini ziyarət etdim. Ərəblərin istilasından əvvəlki torqovida olan Starbucks gördüm. Maraqlı dərs və görüşlərim keçdi. (Səhər 11-ə kimi) Gloria Jeans-gördüm. 28 mall-da oturub danışmağa başlayarkən adını çəkib söhbətini yarıda qoyurdular. Pandemiyadan sonra və dövründə oralarda olmadım. Elə bil ki, həmin yerlər heç mövcud deyildi. İllərlə Bookzone kitabevinin çayını içdim. İndi isə Greenbook kafenin çayını içirəm. Yolun burasına kimi gəlib soruşa bilərsiniz ki, ay şofer bizi hara sürürsən?

Bir gün məni Sipners adlı yerə dəvət etdilər. 6-nömrəli məktəbin yanında idi. İçəri girəndə bu məkan mənə tanış gəlir deyə düşündüm. Barista xanım "nə içəcəksiniz" deyə soruşdu. Avtopilotda karamel macciato dedim. Qədim binanın iri pəncərələrindən birinin qarşısına oturdum. Əlimdə tutduğum kofeni içəndə dadı məni yaman yaxaladı. Yadıma San Fransisko və Girardellidə oturduğum an düşdü. Məni qarşıda gözləyən qayğılardan əvvəl nəfəs alım deyə 2-3 qurtumluq bir möhlət verilmişdi. Həmin kofenin dadını hiss etdim. Çox xoşuma gəldi. Sadəcə içim deyə içmədim. Əməllicə içdim. Bəlkə də köhnə günlər, anlar və hisslər üçün susamışdım. Fincan dibində nəyi axtarırdım ki?

Uzun sözün qısası çay adamı kimi qalsam da kofe cəbhəsindən bir qol yedim. Hələ bu azmış kimi həmin yerin ayaqyoluna gedəndə bir flashback yaşadım. Sən demə vaxtıyla bu məkan başqa bir məkan olanda onun içində işləyənlərə natiqlik bacarığı sessiyaları keçmişəm. Qocaldığımı və ya zamanın necə dəyişdirə bildiyini bunkerə bənzəyən qatda anladım. Slaydlar və çıxışlar yadıma düşdü.

Kofe adamları da zaman kimi dayanmağı sevmir. Bəzən elə qaynar karton fincanı əllərinə götürüb məkandan qaçırlar. Yolda içirlər.

Çay adamı içə bilsin deyə oturmalı və yarımkürələrini yerə yaymalıdır. Zaman durmalıdır ki, qurtumun bir mənası olsun. Bilirəm tərəf tuturam deyə belə yazıram. Dostum Orxanın kofe al platformasında daha çox yazım deyə mənə 303 kofe alınıb. Yəni çay alın deyəndə çay içənlərim az almışdı. Amma kofe içənlər maşallah deyib hərəkət edirlər.

Hərəkət etmək lazımdır. Qarşıda çox işim var.

Koani adlı əsəri ərsəyə gətirməliyəm.

Danış Görək kitabını ingilis dilinə tərcümə etməliyəm.

Yubiley görüşümü təşkil etməliyəm.

Ora gələcək insanların əksəriyyət çay içənlər olacaq. Bu o demək deyil ki, kofe içənlərə girişi qadağan edəcəyəm.

Məncə görüş onların qara suyuna qaymaq olacaq.

Birlikdə dəm alıb dəm verəcəyik.

Tort olacaq.

Tort dilimləri isə çay və kofe arasında fərq qoymur. İkisinin də yanında ləzzətli görünür.

Other posts

Dincəlməyi Bacarmayan Adam

Dincəlməyi Bacarmayan Adam

  • 52 Views
  • 12.06.2025
  • 3 min read
Uzun müddət belə bir adamdan yazmaq istəyirdim. Getdikcə ona oxşamağa başladığım üçün güc tapıb yaza bilmirdim. Həmişə bir iş çıxırdı. Elə bu adam kim ...
Public
More
Two Pieces of Magnet

Two Pieces of Magnet

  • 59 Views
  • 05.06.2025
  • 4 min read
Tolstoy says that one needs to leave or arrive at a city in order to create a compelling story. But I notice that one girl and one boy is all it takes ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.