Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Coşqun Kərimov
  • İran Xatirəsi (Çevrilmə anı)
    Coşqun Kərimov
  • 22 Views
  • 12.01.2026
  • 2 min read

İran Xatirəsi (Çevrilmə anı)

İki fərqli İran görmüşdüm. Biri ekranda gördüyüm İran idi. Digəri isə real həyatda gördüyüm İran. Gözümün qabağında gördüyüm İran əylənirdi və gülürdü. Ekranda gördüyüm İranın isə bir dərdi var idi. Ona yüklənmiş bir dərd deyək. Elə bir dərd ki, onu izah etmək belə insanın dərdini artırır. İran filmlərini təsirli edən dərddən bəhs edirəm.

İran Xatirəsi (Çevrilmə anı)

İrana bircə dəfə gedib-gəlmişəm. Tranzit uçuş ilə. Malayziya səfərindən əvvəl Tehrana eniş etdik. Pasportlar əlimizdən alındı. İçəridə növbəti uçuşu gözləməli idik. Vaxt getmirdi. Restoranda oturduq. Limanın daxilinə qəribə bir ağırlıq çökmüşdü. Hamı ciddi və sakit olmaq məcburiyyəti duyurdu. (Arqo filmində olan ab-havanı deyirəm.) Bir nəfər belə təbəssüm etməyirdi. Özümü bir yasın içində təsəvvür edirdim. Axır ki, saatlar gəlib çıxdı. Təyyarəmizə qovuşduq. İçəri oturan onlarla sərnişinə baxırdım. Adama elə gəlirdi ki, Malayziyaya dövlət imtahanından qəbul olunmaq üçün uçurlar. Pilotun səsi eşidildi. Səmada idik. Sonra...

Sonra isə heç filmlərdə görməyəcəyim səhnəni gördüm. Təyyarədə oturan İranlı qadınların əksəriyyəti çadralarını çıxarıb mahnı oxumağa və əl çalmağa başladı. Kişilər də onlara qoşuldu. Limanda oturan kəslər və indi təyyarədə olan bu kəslər arasında möcüzəvi çevrilmə baş vermişdi. Argo filminin ab-havası, Hadenin xeyir işinin qeyd olunmasına çevrilmişdi. Bütün səyahətimiz boyunca bu səhnə ağlımdan getmədi. İki fərqli İran görmüşdüm. Biri ekranda gördüyüm İran idi. Digəri isə real həyatda gördüyüm İran. Gözümün qabağında gördüyüm İran əylənirdi və gülürdü. Ekranda gördüyüm İranın isə bir dərdi var idi. Ona yüklənmiş bir dərd deyək. Elə bir dərd ki, onu izah etmək belə insanın dərdini artırır. 

İran filmlərini təsirli edən dərddən bəhs edirəm. 

Malayziyada eniş etdik. Sərnişinlər alqışladı və təyyarəni tərk etdik. 

Səyahətimiz bitən zaman geriyə qayıdanda Tehranda eniş edən təyyarəni sizə izah etmək ehtiyacı duymuram. İnsanların təkrar çevrilməsi yaşandı. Hamı yenə ciddi və susqun oldu. Bakıya qovuşmaq üçün 26 saatlıq bir gözləmə pəncərəsi yaranmışdı. Həmin ərəfədə yükü ağır olan bir qadına yardım etdim. Mənə baxıb mehriban şəkildə “farsi?” soruşdu. Onu məyus edəcək “No” dedim. Yaxşılıq universal dil idi mənim üçün. Yəqin onun üçün də belə idi, amma farsi olsa idim sevincinə forsaj qatacaqdım.

Bakıya çatdıq. Günlər keçdi. Novruzda şəhərimizə gələn İranlıları gördüm. Təyyarədə olan İranlıların enerjisini daşıyırdılar. Deyib gülürdülər. Alış-veriş edirdilər. Sürücülərdən məkanlar və ünvanlar soruşurdular. 

Famili-lərdən qız axtarırdılar. Amma bu məsələlər qalsın başqa vaxtın başqa həvəsinə...

İndi isə hərə öz növbəti səhifəsinə. 

Other posts

Soon - Late - Fate

Soon - Late - Fate

  • 24 Views
  • 19.01.2026
  • 2 min read
Fate put the DomSovet kid in front of the actual DomSovet. Fate put one his students inside when he entered the cafe to be reassured about the energy ...
Public
More
Kiçik binanın böyümüş uşaqları

Kiçik binanın böyümüş uşaqları

  • 17 Views
  • 17.01.2026
  • 3 min read
İndi binanın özü boydayıq az qala. Amma içimizdə hər nə qədər istəsək də binanın bizə yaşatdığı hisslərdən daha böyük ola bilmirik. ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2026 a BONPARA project. All rights reserved.